IMG-20170112-WA0000

Fakültə əməkdaşının böyük uğuru

27-28 Dekabr 2016-cı ildə Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabi şəhərində III Beynəlxalq Elmi-Praktik konfrans keçirilmişdir. Həmin konfransa Psixologiya kafedrasının baş müəllimi Alvina Babayevanın “Kiçik məktəblilərin şəxsiyyətinin formalaşmasına sosial-pedaqoji amillərin təsiri” mövzusunda göndərdiyi məruzə bəyənilmiş və xüsusi “Diplom”a layiq görülmüşdür. Konfrans materiallarında həmin məruzənin tezisləri dərc olunmuşdur.

Davamı

15726255_1688233268134482_7325233334506743254_n

Pedaqoji fakültənin dekanı, dos. B. Apoyevin kitabının təqdimatı keçirilmişdir.

Gəncə Dövlət Universiteti YAP Gənclər Birlyinin təşkiltçılığı ilə pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyevin “Öz gülüm-gül ömrüm…” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, ali təhsil müəssisəsinin mətbu orqanı “Yüksəliş” qəzetinin redaktoru, yazıçı Qərib Mehdi, universitetin müəllim və tələbələri iştirak ediblər. […]

Davamı

15696229_1207640039312274_87883416_o

Təhsilin pedaqogika və metodikası kafedrasının p.ü.f.d,b/m. Günay Kazımova MDU-da elmi konfransda iştirak etmişdir.

Mingəçevir Dövlət Universitetində “Qloballaşma və regional inteqrasiya” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, s.f.d. İlham İsmayılov, respublikanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyyəti, doktorant, dissertant, elmi-tədqiqat müəssisələrinin elmi işçiləri iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra giriş sözülə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif  […]

Davamı

müel

Açıq dərs – b/m Tünzalə Şərifova

20.12.2016-cı il tarixdə Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Tünzalə Şərifovanın İbtidai sinif müəllimliyi ixtisasının II kursunda İbtidai təhsilin pedaqogikası fənnindən “Tərbiyənin prinsipləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini dos.İ.Haqverdiyev iştirak etdi. Komissiya üzvləri dərsi qənaətbəxş hesab etdilər.

Davamı

20161220_123317

Gəncə Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti 20 dekabr 2016-cı il tarixdə “Şəxsiyyət psixologiyasında yaltaqlıq problemi” mövzusunda seminar keçirmişdir.

Seminar Universitet Tələbə Elmi Cəmiyyətinin sədri dosent Sahil İbrahimli “Yaltaqlığın” cəmiyyət üçün böyük bəla olduğunu, onun şəxsiyyəti iflic etdiyini qeyd edərək mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırması ilə başladı. Seminarın məruzəçisi pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisası IV kurs tələbəsi Allahverdiyeva Aysel mövzu ilə əlaqədar iştirakçılara dolğun məlumat verdi. Seminarın təşkilində Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin […]

Davamı

20161208_160804

Açıq dərs – b/m Leyla Nəbiyeva

18.12.2016-cı il tarixdə Musiqi fənnləri kafedrasının baş müəllimi Leyla Nəbiyevanın Musiqi müəllimliyi ixtisasının II kursunda Xor sinfi və xor oxumanın metodikası fənnindən “Azərbaycan xalq mahnısı “Ay Güləbatın” (Ansambl və kök üzərində iş)” mövzusunda açıq dərsi keçirildi. Dərsdə rektorun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini dos.İ.Haqverdiyev və Musiqi fənnləri kafedrasının baş […]

Davamı

20161216_120624

Açıq dərs – b/m. Asim Mahmudov

16.12.2016-cı il tarixdə Azərbaycan tarixi kafedrasının baş müəllimi Asim Mahmudovun İbtidai sinif müəllimliyi ixtisasının I kursunda Azərbaycan tarixi fənnindən “Azərbaycan SSRİ Sovet hakimiyyəti dövründə” mövzusunda açıq dərsi keçirildi. Dərsdə rektorun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini dos.İ.Haqverdiyev və Azərbaycan tarixi kafedrasının digər əməkdaşları iştirak etdi. Komissiya üzvləri dərsi qənaətbəxş hesab […]

Davamı

?

Gəncə Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti 16 dekabr 2016-cı il tarixdə “Yalan psixologiyası” mövzusunda seminar keçirmişdir.

Seminar Universitet Tələbə Elmi Cəmiyyətinin sədri dos.Sahil İbrahimli “Yalanın” cəmiyyət üçün böyük bəla olduğunu, onun şəxsiyyəti iflic etdiyini qeyd edərək mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırır. Seminarın məruzəçiləri pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisası III kurs tələbələri Əliyeva Aytac və Məmmədrzayeva Nuranə mövzu ilə əlaqədar iştirakçılara dolğun məlumat verdilər. Seminarın təşkilində Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin […]

Davamı

20161216_122209

Açııq dərs – b/m Sevil Şabanova

16.12.2016-cı il tarixdə Musiqi fənnləri kafedrasının baş müəllimi Sevil Şabanovanın Musiqi müəllimliyi ixtisasının III kursunda Əsas musiqi alətləri fənnindən “Proqramın tam ifası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə rektorun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini dos.İ.Haqverdiyev və Musiqi fənnləri kafedrasının baş müəllimləri N.Seyfullayeva, M.Hacıyeva, S.Həsənova, N.Haqverdiyeva, müəllimlər L.Nəbiyeva, A.Şıxıyeva iştirak etdilər. […]

Davamı

20161215_153708

Açıq dərs – b/m. Aybəniz Mustafayeva

15.12.2016-cı il tarixdə Psixologiya kafedrasının baş müəllimi Aybəniz Mustafayevanın TSPX ixtisasının IV kursunda Ailə psixologiyası fənnindən “Boşanma ailə münasibətlərinin pozulmasının nəticəsi kimi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorun səlahiyyətli nümayəndəsi dos.E.Cavadov, fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini dos.İ.Haqverdiyev və Psixologiya kafedrasının digər əməkdaşları iştirak etdi. Müəllim dərsdə yeni təlim texnologiyalarından […]

Davamı