Aylıq Arxiv: Sentyabr 2017

IMG-20170926-WA0011

Təbrik edirik!

5.09.2017-ci il tarixdə Universitet böyük Elmi Şurasında “Təhsilin pedaqogikası və metodikası” kafedrasının kabinə müdiri Həsənova Aynur Fərrux qızına Pedaqogika üzrə fəlsəfə doktoru diplomu təqdim olunmuşdur. Aynur müəlliməni təbrik edirik!

Davamı

18575296_1276441262473951_1177060515_o

Elmi şura!

19.09.2017-ci il tarixdə Pedaqoji fakültə Elmi Şurası keçirilmişdir. Elmi Şura da aşağıdakı məsələlər müzakirə olunmuşdur. 2017-2018-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr- dos. B.F. Apoyev. Müsabiqə üzrə müəllim seçkisi- B/m. İ. Haqverdiyev. Cari məsələ

Davamı

IMG-20170917-WA0026

“GƏNCƏ MARAFONU – 2017”DƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ YÜKSƏK FƏALLIQ GÖSTƏRİB

17.09.2017-ci il tarixdə ” Gəncə Marafonu-2017″ yüksək səviyyədə təşkilatçılıq şəraitində keçirilmişdir. Həmin marafonda Pedaqoji fakültənin professor-müəllim heyəti və 400-dən yuxarı tələbəsi fəal iştirak etmişdir. Fakültənin ibtidai sinif müəllimliyi ixtisasının II kurs tələbəsi Simuzər Hacıyeva qızlar arasında VI yer tutmuşdur. Bu münasibətlə tələbəmizi təbrik edir və ona yeni-yeni nailiyyətlər arzulayırıq!

Davamı

Gəncə-GDU-Bilik-günü-1-700x550

Bilik günü!

Respublikamızın bütün təhsil müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də  Bilik gününün həyəcanı yaşanıb. Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru  professor Yusif Yusibov, universitetin professor -müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri açan Gəncə Dövlət Universitetin rektoru professor Yusif Yusibov təhsilimizə göstərilən dövlət qayğısından,  son zamanlar […]

Davamı