Aylıq Arxiv: Oktyabr 2019

IMG-20191014-WA0003

AÇIQ DƏRS – MÜƏL. HÜRÜ KƏRİMOVA

14.10.2019-cu il tarixində Pedaqoji fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının III kursunda  müəllim Hürü Kərimovanın Nizami Gəncəvinin pedaqoji görüşləri fənnindən “N.Gəncəvi dünyagörüşün formalaşdırılması haqqında” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekanı dos. B.Apoyev, dekan müavini İ.Haqverdiyev iştirak edirdi. Müzakirədən sonra dərs “yaxşı” qiymətləndirildi.

Davamı

IMG-20191010-WA0001

AÇIQ DƏRS – HAQVERDİYEVA NƏRGİZ ƏLİ QIZI

09.10.2019-cu  il tarixdə “Musiqi fənləri” kafedrasının baş müəllimi Nərgiz Əli qızı Haqverdiyevanın “Konsertmeyster sinfi və ansambl” fənnindən “Ariya, romans və  mahnı üzərində iş” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı dos.B.Apoyev, kafedra müdiri prof. S.Qurbanəliyeva , baş müəllimlər N.Seyfullayeva, M.Hacıyeva, S.Həsənova, İ.Quliyeva, L.Rəfibəyli iştrak etdilər.

Davamı

təbir

müəllimlər günü

  04.10.209-cu il tarixində Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə  bayram tədbiri keçirilib. Tədbirdə rektor, professor Yusif  Yusibov 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Yusif  Yusibov qeyd edib ki, Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Məhz həmin il […]

Davamı