Pedaqoji fakültədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 -cü il dönümü münasibəti ilə tədbir keçirildi.

20.04.2016-cı il tarixdə Pedaqoji fakültəsindı Ümummilli Lider H.Əliyevin anadan olmasının 93-cü il dönümü münasibəti ilə “Vətəni sevməyən insan olmaz” mövzusunda ədəbi- bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən Humanitar məsələlər üzrə prorektor dos. A.Cavadov Ulu Öndər H.Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılmasında və qorunub saxlanılmasında xüsusi xidmətlərini vurğuladı və sözü tədbirin aparıcısı fakültə TGT-nin sədri Fidan Əsədullayevaya verdi. Fakültə dekanı dos. B. Apoyev “Vətəni qorumaq hər kəsin borcudur” mövzusunda çıxış etdikdən sonra Ulu Öndər H.Əliyevə, Vətənə, doğma Gəncə şəhərinə həsr olunmuş şeirlər və mahnılar fakültə tələbələri tərəfindən yüksək məharətlə ifa olundu və iştirakçıların gurultulu alqışlarına səbəb oldu. Onu da qeyd etmək lazımdır ki, tədbirlərdə səslənən şeirlərin hamısının (cəmi 6 şeir) müəllifi fakültə dekanı B. Apoyev idi. Şeirlərin məzmununa uyğun hazırlanmış videoçarxlar da iştirakçıların böyük marağına səbəb oldu. Tədbir iştirakçıların yüksək vətənpərvərlik ruhu şəraitində yekunlaşdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir