PEDOQOJİ FAKÜLTƏNİN DEKANI DOSENT BAYRAM APOYEVİN AÇIQ DƏRSİ

18 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Ümumi pedoqogika kafedrasının dosenti, Pedoqoji fakültənin dekanı Bayram Apoyevin ictimaiyyət üçün “Şəxsiyyətin formalaşması məsələləri“ mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva,rektorun baş müşaviri dosent Asif Cavadov,  universitetin müəllimləri, bakalavr və magistr tələbələri, orta məktəb müəllimləri iştirak etmişlər.

Dosent Bayram Apoyev şəxsiyyətin formalaşmasına  təsir edən amillərdən, şəxsiyyətin inkişafında mühitin, əməyin, irsiyyətin, tərbiyənin rolundan danışdı. Şəxsiyyət formalaşmasında, onun inkişafında  mühüm əhəmiyyət kəsb edən “Qoşa amillər“ nəzəriyyəsindən də bəhs etdi. Maraqlı faktlarla zəngin olan slaydlardan istifadə açıq dərsin  daha da maraqlı və diqqətçəkən olmasına imkan yaratdı.

Dosent Bayram Apoyev iştirakçıların çoxsaylı çuallarını cavablandırdı.

www.youtube.com/watch?v=53l60xhcnhU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir