Açıq dərs – b/m. Aybəniz Mustafayeva


15.12.2016-cı il tarixdə Psixologiya kafedrasının baş müəllimi Aybəniz Mustafayevanın TSPX ixtisasının IV kursunda Ailə psixologiyası fənnindən “Boşanma ailə münasibətlərinin pozulmasının nəticəsi kimi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, rektorun səlahiyyətli nümayəndəsi dos.E.Cavadov, fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini dos.İ.Haqverdiyev və Psixologiya kafedrasının digər əməkdaşları iştirak etdi. Müəllim dərsdə yeni təlim texnologiyalarından istifadə edərək məqsədinə nail oldu. Komissiya üzvləri dərsi qənaətbəxş hesab etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir