Gəncə Dövlət Universitetinin və Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətininin növbəti uğuru.

Rəsmi məktub əsasında 14, 15, 16 dekabr 2016 ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun və Gəncə Dövlət Universitetinin dəstəyi,Universitet Tələbə Elmi Cəmiyyətinin, Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova təşkilatçılığı ilə “İnkişafın professional strategiyası” təlim kursu tələbələrimizə keçirildi.
14 dekabr 2016 cı il tarixdə II tədris binasını Akt zalında “İnkişafın professional stratergiyası” təlim kursunun açılışı oldu. Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətininin sədri b/m Telli Cabbarova çıxışında layihədə 50 nəfər tələbəyə təlim kursunun tədrisi nəzərdə tutulduğunu, üç gün müddətində işgüzar şəkildə keçiriləcəyini, təlimdə tələbələrimiz fərdi inkişafın professional strategiyası, gələcək həyat planları, kariyera quruculuğuna təsir edən amillər haqqında optimal bilik və bacarıqlara yiyələnəcəklərini qeyd etdi. Bizə bu yüksək şəraiti yaratdığına görə layihənin gerçəkləşməsində gənc nəslə diqqət və qayğı göstərən Hörmətli rektorumuz prof.Y.Yusibova, Elm və innovasiyalar üzrə prorektorumuz dos.Pərvin Kərimzadəyə, Universitet Emi Cəmiyyətinin sədri dos.Sahil İbrahimliyə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ekspert təlimçisi Mübariz Qasımova, Pedaqoj fakültənin dekanı dos.B.Apoyevə öz təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ekspert təlimçisi Mübariz Qasımov və Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova təşkilatçılığı ilə “İnkişafın professional stratergiyası” təlim kursu 50 nəfər tələbəyə üç gün səhər 900 dan saat 1300 kimi keçirildi. Təlimdə Pedaqoji fakültənin Təhsildə sosial – psixoloji xidmət ixtisasının II, III, IV kurs, Məktəbəqədər təlim və tərbiyə ixtisasının II kurs, Riyaziyyat informatika fakültəsinin Riyaziyyat – informatika ixtisasının III kurs tələbələri fəal iştirak etdi. Gənc nəslin şəxsiyyət kimi formalaşmasında, asudə vaxtının səmərəli keçirilməsində, dünyagörüşü və intellektinin inkişafında, dövlət quruculuğuna olan inamın artırılmasında GDU-nun TEC -ləri daim Elmi seminarlar, fənn olimpiyadaları, təşkil edir.
Mübariz Qasımov təlim prosesində tədbirin yüksək təşkilatçılıq səviyyəsində keçirilməsinə tələbələrin daha çox fəallığından razı qaldı, ən fəal tələbələrin adlarını qeyd etdi. 16 dekabr 2016-cı il tarixdə II tədris binasının akt zalında yekun iclası kecirildi. İclasda Pedaqoji fakültənin dekani dos.B.Apoyev, təlim və tədrisin təşkili üzrə dekan müavini dos.İ.Haqverdiyev TEC sədri və layihənin təşkilatçısı b/m T.Cabbarova, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ekspert təlimçisi Mübariz Qasımov tələbələri “Diplomla” mükafatlandırdı. Pedaqoji fakültə TEC-nin sədri b/m T.Cabbarova təşkilatçılığı 14,15,16 dekabr 2016-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun və Gəncə Dövlət Universitetinin dəstəyi ilə “İnkişafın professional stratergiyası” təlim kursu layihəsi uğurla başa çatdı. İştirakçı tələbələrimizi təbrik edir yeni layihələrdə daim uğur qazanmaqlarını arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir