Gəncə Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti 20 dekabr 2016-cı il tarixdə “Şəxsiyyət psixologiyasında yaltaqlıq problemi” mövzusunda seminar keçirmişdir.

Seminar Universitet Tələbə Elmi Cəmiyyətinin sədri dosent Sahil İbrahimli “Yaltaqlığın” cəmiyyət üçün böyük bəla olduğunu, onun şəxsiyyəti iflic etdiyini qeyd edərək mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırması ilə başladı. Seminarın məruzəçisi pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisası IV kurs tələbəsi Allahverdiyeva Aysel mövzu ilə əlaqədar iştirakçılara dolğun məlumat verdi.
Seminarın təşkilində Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova, Elmi rəhbər B/m Pərvanə Məmmədovanın xüsusi rolu olmuşdur.
Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova çıxışında qeyd etdi ki, Şəxsiyyət psixologiyasında yaltaqlıq problemi sosial amillərdən və ailə tərbiyəsinin düzgün qurulmamağından daha çox asılıdır. Təlim və tədris prosesində gənc nəslin elmi biliklərə yiyələnməsi üçün hər il TEC-in iş planına uyğun olaraq tələbələrimiz fakültədə və universitetdə vaxt aşırı “Özgüvən psixologiyası”, “Sevgi psixologiyası”, “Yalan psixologiyası” və s. elmi seminarlar, psixologiyadan fənn olimpiyadaları, konfranslarda çıxış edirlər. 16 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun və Gəncə Dövlət Universitetinin dəstəyi ilə Pedaqoji fakultənin Tələbə Elmi Cəmiyyətinin sədri B/m Telli Cabbarova təşkilatçılığı ilə “İnkişafın professional strategiyası” təlim kursunu tələbələrimizə keçirdik və uğurla nəticələnərək layihəmizdə tələbələrimiz “Diploma” layiq görüldü.
İşgüzar şəraitində keçən seminar işində Universitetin Psixologiya kafedrasının müəllimlərindən b/m. Leyla Həsənova, b/m.Alvina Babyeva, b/m.Səbinə Şahverdiyeva, kimya kafedrasının fəxri professoru Heydər Kərimov, kimya kafedrasının müəllimləri, Pedaqoji, Biologiya-kimya və Riyaziyyat-informatika fakültələrinin tələbələri fəal iştirak etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir