Heydər Əliyev – 94 il

03.05.2017-ci il tarixda Pedaqoji fakültənin TGT-nın təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının  94 illiyinə həsr olunmuş tədbir təşkil olundu. Tədbirin aparıcısı Aytən Oruczadə tədbir haqda iştirakçıları məlumatlandırdıqdan sonra tədbiri açıq elan etmək üçün söz fakültə dekaı dos. B.Apoyeva verildi. Dos.  B. Apoyev  Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən danışdı. Daha sonra söz Psixologiya kafedrasının müdiri dos. Z. Cavadova verildi. Z. Cavadova  Heydər Əliyevin şəxsiyyəti haqqında çıxış etdi. tədbirin aparıcısı heydər Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. Musiqi ixtisasının II kurs tələbəsi Günay Məmmədova Bayram Apoyevin  Heydər Əliyevə həsr etdiyi”Ulu Öndər” şeiri ilə çıxış etdi. Ardıcıl olaraq tələbələr  Heydər Əliyevə həsr olunmuş şeirlərlə çıxış etdilər. Tədbirin sonunda tələbələr “Yol ver türkün bayrağına” mahnısı ilə tədbiri yekunladırdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir