Açıq dərs- p.ü.f.d., b/m. Əsmər Şərifova

14.05.2017-ci il tarixdə Pedaqoji fakültənin Məktəbəqədər təlim və tərbiyə ixtisasının I kursunda Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi p.ü.f.d. Əsmər Şərifovanın “Məkəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs müasir tələblərə uyğun şəkildə hazırlanmış, tam interaktiv şəkildə tələbələrə çatdırıldı.

Ulu öndər H.Əliyevin anadan olmasının 94-cü il dönümünə və dərsin mövzusuna aid Ulu öndərin müdrik kəlamları və  qısa slayd da təqdim olundu.

Mühazirədə motivasiya, beyin həmləsi, qruplarla iş, kollektiv müzakirə, problemli situasiya və müasir təlim metodlarından istifadə olunmuşdur. Dərsdə rektorun səlahiyyətli nümayəndəsi,  dos. C.İbrahimov, Pedaqoji fakültənin dekan müavini b/m. İ.Haqverdiyev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dos. A.Quliyev, b/m,p.ü.f.d.  Şəlalə  b/m.  A.Əliyeva, b/m. Ş. Əhmədova, b/m. T.Şərifova, lab. E. Əhmədova iştirak etdilər. Dərs əla qiymətləndirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir