9 NOYABR – AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

 

Fakültədə Bayraq günü münasibəti ilə geniş tədbir keçirilib. TGT-nin hazırladığı tədbiri ilk öncə fakültə dekanı dos.B.Apoyev açaraq Azərbaycan bayrağı haqqında geniş məlumat verdi. Tədbirdə psixologiya kafedrasının müdiri dos.Z.Cavadova da çıxış etdi. TGT-nin üzvləri I kurs tələbəsi Cəfərova Ləman, II kurs tələbəsi Bəşirova Zümrüd, I kurs tələbəsi Hüseynova Ayşən, II kurs tələbəsi Zakirli Gülşən bayraq haqqında çıxış edərək şeir söylədilər.Tədbirdə fakültə dekanı Bayram Apoyevə məxsus “Bayraq” şeiri söylənildi. Sonda iştirakçılara tələbələr tərəfindən hazırlanmiş video çarx təqdim edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir