AÇIQ DƏRS – B\M MƏTANƏT RZAYEVA

 

04.12.2017-cı il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının b\m Mətanət Rzayevanın Bədən tərbiyəsi və idman ixtisasının II kursunda  Voleybol fənnindən “Bir və iki əllə  yuxarıdan ötürmə” mövzusunda açıq dərsi keçirildi.Dərs universitetin idman zalında praktik şəkildə keçirildi. Dərsdə fakültənin təlim və tədrisin təşkili üzrə dekan müavini  b\m İ.Haqverdiyev, kafedra müdürü b\m İ.Ağayev, b\m A.Məmmədova iştirak etdi. Komissiya üzvləri dərsi qənaətbəxş hesab etdilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir