AÇIQ DƏRS – B\M PƏRVANƏ MƏMMƏDOVA

 

6 dekabr 2017-ci il tarixində Psixologiya kafedrasının baş müəllimi Pərvanə Məmmədovanın Pedaqoji fakultənin Psixologiya ixtisasının IV kursunda Etnopsixologiya fənnindən “Azərbaycan xalqının etnik-psixoloji xsusiyyətləri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Pedaqoji fakultənin dekan müavini  b\m İlqar Haqverdiyev, dos.Zərifə Nəsrullayeva, p.ü.f.d. Tünzalə Cəlilova, b\m Alvina Babayeva, b\m Leyla Həsənova, b\m Telli Cabbarova, b\m Səbinə Şahverdiyeva, müəllim Mirvari Rəhimova iştirak etmişdir. Pərvanə müəllimə Azərbaycan xalqının inkişafında əsas rol oynayan aşağıdakı tarixi dövrlərdə xalqın etnik xüsusiyyətləri, etnik adət-ənənələri, etnik stereotip və yönümləri geniş şərh etdi:

– İslama qədərki dövr;

-İslamdan sonrakı orta əsrləri əhatə etdiyi II dövr;

-Çar Rusiyasının istila etdiyi III dövr;

-Sovet hakimiyyətinin qurulduğu IV dövr;

-Azərbaycanın müstəqillik qazandığı V dövr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir