“QANLI 20 YANVAR” ADLI TƏDBİR KEÇİRİLDİ

 

18.01.2018 – ci il tarixində Pedaqoji fakultədə Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Qanlı 20 Yanvar” adlı tədbir  keçirildi. İlk öncə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra tədbirimizi açıq elan etmək üçün söz Dekanımız Apoyev Bayram müəllimə verildi. Dekanımızın geniş məlumatından sonra  çıxış üçün söz Humanitar məsələlər üzrə prorektor Fətəliyeva Gülsüm müəlliməyə verildi. “Haqqın dərgahında qaldı Şəhidlər” şeirini danışmaq üçün söz İbtidai sinif müəllimliyi ixtisası II kurs tələbəsi Zakirli Gülşənə verildı. 20 Yanvar haqqında çıxış etmək üçün söz Məktəbəqədər Təlim tərbiyə ixtisası III kurs tələbəsi Əsədullayeva Fidana verildi. 20 Yanvar faciəsi haqqında hazırlanan video çarx tələbələrə təqdim olundu. Dekanımız Bayram müəllimə məxsus olan “Qanlı Yanvar” şeirini danışmaq üçün söz Məktəbəqədər təlim tərbiyə ixtisası II kurs tələbəsi Abdülrəhmanova Nazpəriyə verildi. ”Şəhidlər” şeirini danışmaq üçün söz Ibtidai sinif müəllimliyi ixtisası I kurs tələbəsi Hüseynova Aytaca verildi. Bununla da tədbirimiz sona yetdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir