Fakultədə “Xocalı faciəsi gənclərin gözü ilə” adlı tədbir praqramı təşkil edildi

 

Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Pedaqoji fakultədə “Xocalı faciəsi gənclərin gözü ilə” adlı tədbir praqramı təşkil edildi…Əvvəlcə Qətliamda şəhid düşmüş həmvətənlərimizin ruhu 1 dəqiqəlik sukutla yad edildi…Dekanımız Hörmətli Apoyev Bayram müəllim tələbələrə Xocalı faciəsi haqqında məlumat verib tədbirimizi açıq elan etdi…Sonra isə söz Psixologiya kafedra müdiri Cavadova Zümrüd müəlliməyə verildi…Sonra isə Dekan müavini Haqverdiyev Ilqar müəllim  Xocalı qətliamı haqqında olan fikirlərini tələbələrlə bölüşdü…”Ağla Xocalı” şeirini danışmaq üçün söz Ibtidai sinif müəllimliyi ixtisası  II  kurs tələbəsi Zakirli Gülşənə verildi…”Xocalı faciəsi” adlı video çarxı izləndi…Dekanımız Bayram müəllimə məxsus olan “Yad eylə” şeirini danişmaq üçün söz Məktəbəqədər təlim tərbiyə ixtisası II kurs tələbəsi Abdulrəhmanova Nazpəriyə verildi….”Xocalım” şeirini danışmaq üçün söz Ibtidai sinif müəllimliyi ixtisası I kurs tələbəsi Hüseynova Aytaca verildi…Bununla da tədbirimiz sona çatdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir