TSPX VƏ PSİXOLOGİYA İXTİSASLARININ TƏLƏBƏLƏRİ ŞƏHƏR 2 SAYLI UŞAQ BAĞÇASINDA

3.04.2018-ci il tarixdə GDU-nun Pedaqoji fakültəsinin TSPX və Psixologiya ixtisaslarının IV kurs tələbələri şəhər  2 saylı uşaq bağçasında pedaqoji təcrübə keçmişlər. Keçirilən təcrübədə  Psixologiya kafedrasının  müdiri dos. Z.Cavadova, kafedranın bir qrup əməkdaşları və tələbələr fəal iştirak etmişlər.

Məqsəd məktəbəqədər  yaşlı  uşaqların idrak proseslərinin inkişafı və fərdi xüsusiyyətlərinin öyrənilməsindən ibarət olmuşdur.

Təcrübənin keçirilməsinə şərait yaradan və yaxından köməklik göstərən bağçanın müdiri Aidə Səfərovaya  və kollektivin üzvlərinə minnətdarıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir