PEDAQOJİ FAKÜLTƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN “CƏSARƏTİN PSİXOLOGİYASI” MÖVZUSUNDA ELMİ SEMİNARI KEÇİRİLDİ

04.04.2018-ci il tarixdə Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin Təhsildə Sosial Psixoloji Xidmət III kurs tələbəsi Əhmədova Diananın “Cəsarətin psixologiyası” mövzusunda Elmi seminarı kecirildi.

Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev Elmi  seminarı açıq elan edərək, bildirdi ki, son 7 ildə Tələbə Elmi Cəmiyyətinin işində müsbət dəyişikliklər, 5 ildə isə  Elmi seminarların ən-ənə halını alması tələbələrin  bu işlərə cəlb olunmasında fəallıq müşahidə olunur. Fakültənin müxtəlif ixtisaslar üzrə tələbələri Tələbə Elmi Cəmiyyətinin xətti ilə Universitetin Elmi konfranslarında, Elmi seminarlarında çxışlarına görə müxtəlif naminasiyalar üzrə “Fəxri fərman” və Diplomlara  layiq görülüb, həmçinin dekan dos. Bayram Apoyev tələbələrə  elmi fəaliyyətlərində uğurlar arzuladı.

Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Telli Rəhim qızı Cabbarova cıxış edərək, Pedaqoji fakültənin dekanı dos. Bayram Apoyev, fakültənin  bütün professor-müəllim, tələbə heyətinin hər zaman TEC işlərində  yaxından dəstək olduqları üçün onlara öz təşəkkürünü bildirdi. Universitetin I, II akt zallarında mütamadi, tələbələrimiz Elmi konfranslarda,  Elmi seminarlarda, “İnkişafın profisional strateqiyası” təlimində və fakültəmizdə keçirilən Psixologiyadan  fənn olimpiyadasında birinci yerə layiq görülüblər.

Məqsədimiz fakültəmizi bitirmiş hal-hazırda Bakı, Gəncə Psixologiya mərkəzlərində çalışan Aysel, Zahid, Mikayıl İbrahim, Nuranə, Aytac  və s.  kimi  yadda qalan tələbələrimizin davamçıları olan Təhsildə Sosial Psixoloji Xidmət III kurs ixtisasında Dilarə, Diana, Ülkər və I, II kurslarda da təhsil alan tələbələrimizi elmi fəaliyyətə cəlb etmək və yüksək kadr kimi yetişdirməkdir.

“Cəsarətin psixologiya” mövzusunda   məruzə edən Əhmədova Diana gənc nəslin hər bir yeni işlərində özünə inam, cəsarətli olmaq kimi iradi keyfiyyətlərin hər kəsdə özündə düzgün formlaşması yollarını iştrakçılara çatdiramağa çalışdı.

ELMİ seminarda  Pedaqoji fakültənin dekanı dosent  Bayram Apoyev, Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Telli Cabbarova, Psixologiya dərnəyinin rəhbəri baş müəllim Pərvanə Məmmədova, Əhmədova Diananın elmi rəhbəri baş müəllim Səbinə Şahverdiyeva, Psixologiya   kafedasının müəllimi Mirvari Rəhimova, I və III kurs TSPX, I kurs Psixologiya, İbtidai təhsilin pedaqogikası və metodikası, Məktəbəqədər təlim tərbiyə ixtisaslarının tələbələri fəal iştrak etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir