TƏBRİK EDİRİK!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republik of Azerbaijan) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin (DVC) birgə təşkilatcılığı ilə Milli Debat Proqramı  çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: YAZ 2018” lahiyəsi çərçivəsində Gəncə Gənclər və  Baş İdman İdarəsinin, Gəncə Gənclər evinin desteyi , Gəncə Regional Debat Mərkəzinin təşkilatcılığı ilə reallaşan “Gəncə Gənclər Debat Forumu: YAZ 2018” uğurla yekunlaşdı.

Forumda Pedaqoji fakültə tələbələri fəallıq göstərmişlər və keçən forumlara nisbətdə bu form daha çox iştrakcı sayısı qeydə alınmışdır. Həmçinin bu kəmiyyət göstəricisi keyfiyyətdə də özünü göstərmişdir. Beləki, turnirdə iştrak edən kamandaların tərkibində fakültəni təmsil edən:  “XAOS” (Nazpəri Abdulrəhmanova, Gülşən Zakirli), “One Direction” (Sahil Quliyev), “Pentaqram” (Cənanə Ələkbərova, Cinarə Haciyeva, Aytac Paşayeva), “Utopia”(Rəhimə Mirzəyeva), “Mozalan” (Aytac Hüseynova, Xəyalə Abbasova), “Flamen” (Musafərim Hacıyeva). Kamandalar içərisində “XAOS” kamandası xüsusilə seçilərək final mərhələsinədək gəldilər və turniri ikinciliklə başa  vurdular. Həmçinin “YAZ forumu 2018” çərçivəsində regionun “Ən yaxşı Natiqləri” də secildi və sevindirici haldır ki,  regionun ən yaxşı ilk üç natiqi  Gəncə Dövlət Universiteti və məhz Pedaqoji fakültə tələbələri 1-ci yer  – Nazpəri Abdulrəhmanova (Məktəbəqədər təlim və tərbiyə), 2-ci yer – Gülşən Zakirli (İbtidai sinif müəllimliyi), 3-cü yer – Sahil Quliyev (Təhsildə sosial-psixoloji xidmət) seçildilər.

21.05.2018-ci il tarixində Gəncə Gənclər Evində keçirilən Final oyunu və Mükafatlandırma mərasimindən dərhal sonra Pedaqoji fakültə dekanı Bayram Apoyev gənclərlə görüş keçirib. Görüşdə, bu cür təqdirə  layiq  işlərin davam etdirilməli olduğunun onəmi xüsusilə vurğulanıb. Sonda gənclərlə  birgə xatirə fotosu çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir