15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ

11.06.2018-ci il tarixində  Pedaqoji fakültədə “15 iyun – Milli qurtuluş günü” münasibətilə tədbir keçirildi. Universitetin Humanitar mesələlər üzrə prorektoru dos. G.Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasının qurulmasında, ölkənin vətəndaş müharibəsindən qurtarılmasında və sosial-iqtisadi tərəqqisində tarixi  xidmətlərini vurğuladı. Dosent Z.Bayramova  öz çıxışında Ulu Öndərlə bağlı uşaqlıq xatirələrindən danışdı. Fakültə dekanı dos. B.Apoyevin ümümmilli liderimizə həsr etdiyi “Xilaskarısan”şeiri öz ifasında tədbir iştrakçılarının sürəkli alqışları ilə  qarşılandı. Digər çıxışlar və səsləndirilən şeirlər də iştrakçıların marağına səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir