AÇIQ DƏRS – BAŞ MÜƏLLİM MAHNUR MƏMMƏDOVA

12.10.2018-ci il tarixdə fakültənin Bədən tərbiyəsi və idman ixtisasının I kursunda Fiziki tərbiyə, çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının  baş müəllimi Mahnur Məmmədovanın Mülki müdafiə fənnindən “Təbii fəlakətlər. Sülh dövrü üçün xarakterik olan fövqalədə hallar” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos. B.Apoyev, rektorluğun nümayəndəsi dos. Cəfər İbrahimov,  dekan müavini İlqar Haqverdiyev və kafedranın  bir qrup əməkdaşı  iştirak edirdi.  Seminar məşğələsində mövzunun məzmununu əyaniləşdirən slaydlardan istifadə tələbələrin fəallığına  və mövzunun dərindən mənimsənilməsinə səbəb oldu. Həmin slaydlar tələbələr tərəfindən  hazırlanmışdır və onların  özü  tərəfindən təqdim olundu. Geniş  müzakirə olunan dərs “əla ” qiymətləndirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir