MÜƏLLİM GÜNÜ QEYD OLUNUB

5 oktyabr 2018-ci il tarixdə  Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetin 2-ci tədris binasının akt zalında tədbir keçirilib.

Tədbirdə çıxış edən rektor professor Yusif  Yusibov öncə bu bayram  münasibətilə bütün professor-müəllim heyətini  təbrik edib.

Rektor  müəllim adının nə qədər şərəfli və eyni zamanda məsuliyyətli olduğunu diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər sağlığında “Mən müəllim  peşəsindən şərəfli peşə tanımıram. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir, məktəbdə tərbiyə verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm”- demişdir.

Prezidenti İlham Əliyev də müəllim adına, müəllim peşəsinə, onun əməyinə xüsusi qiymət vemişdir: ”Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllim hər bir cəmiyyətin elitasıdır”.

 

Rektor bütün müəllim heyətinə bu şərəfli və çətin işdə  müvəffəqiyyətlər arzulayıb, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

Sonra bir qrup müəllimə fəxri fərmanlar təqdim edilib, təşəkkürlər elan olunub, Həmkarlar İttifaqının pul mükafatları layiqli sahiblərinə çatdırılıb.

Pedaqoji fakültənin “Musiqi fənləri” kafedrasının rəhbərliyi ilə hazırlanan və tələbələrin ifasında təqdim olunan konsert müəllimlərə xüsusi hədiyyə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir