AZƏRBAYCANDA İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ

 

Heydər Əliyev Fondunun UNİSEF və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında Bakı şəhəri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından seçilmiş 18 müəllim üçün “təlimçilərin təlimi” keçirilib. Bu təlimdə Gəncə Dövlət Universitetini 4 nəfər, Ümumi pedaqogika kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Nağıyeva, pedaqogika üzrə fəlsəfə doktoru Təhminə Nəbiyeva,  baş müəllim Göyçək Pirverdiyeva və baş müəllim Bəsirə Abbasova təmsil etmişdilər. 5 gün davam edən təlimdə İngiltərədən gələn peşəkar təlimçilər tərəfindən ustad təlimlər keçirilmişdir. Sonda hər bir iştirakçıya beynəlxalq səviyyəli Sertifikat təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir