Açıq dərs – b/m Leyla Həsənova.

13.04.2016- cı ildə Psixologiya kafedrasının baş müəllimi Leyla Həsənovanın II kurs Psixologiya və TSPX qrup birləşmələrində “Kiçik qrupların sosial psixoloji məsələləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı dos. B. Apoyev, kafedra müdiri, dos. Z. S Cavadova, dos. Z.Nəsrullayeva, b/m. T.Cabbarova, müəl. M.Rəhimova, müəl. H. Verdiyeva iştirak etdilər.

Müəllimə dərsdə texniki vasitələrdən, eləcə də əyani vəsaitdən istifadə edərək tələblərlə mövzunu motivasiya yaratmaqla yüksək şəkildə izah edirdi.

Dərsin məqsədi kiçik qrupların sosial-psixoloji məsələləri problemini tam şəkildə tələbələrə çatdırmaqdan ibarət idi.

Dərsdə iştirak edən müəllimlərin və tələbələrin rəyinə əsasən demək olar ki, müəllim qarşısına qoyduğu məqsədinə nail oldu.

Açıq dərs tələbə və müəllimlərin iştirakı ilə təhlil edilərək “yaxşı” qiymətləndirildi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir