Fakültə haqqında

Pedaqoji fakültə 1960-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində fakültənin adında və strukturunda dəfələrlə dəyişiklilər edilmişdir. Belə ki, fakültə ilk əvvəl Pedaqogika  və ibtidai təhsilin metodikas942732_164865693680156_1968060083_nı, sonra İbtidai təhsilin pedaqogikası və metodikası, 1996-cı ildən isə Pedaqoji adlandırılmışdır.

Fakültə  tarixinin birinci mərhələsində ( 1991-ci ilədək ) onun  tərkibində yalnız bir ixtisas –İbtidai təhsilin pedaqogikası və metodikası fəaliyyət göstərmişdir. 1991-ci ildən etibarən musiqi təhsili ixtisası da fakültənin tərkibinə daxil edilmişdir. 2005-ci ildə fakültənin tərkibinə daha iki ixtisas ( Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı; Bədən tərbiyəsi və idman ) birləşdirilmişdir. Hal-hazırda ( 2015-2016-cı tədris ili ) fakültədə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

  1. İbtidai sinif müəllimliyi
  2. Məktəbəqədər təlim və tərbiyə
  3. Psixologiya
  4. Təhsildə sosial-psixoloji xidmət
  5. Musiqi müəllimliyi
  6. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq ( qızlar üçün fiziki tərbiyə ) və mülki müdafiə
  7. Bədən tərbiyəsi və idman

İxtisasların sayı artdıqca fakültənin tabeliyində fəaliyyət göstərən kafedraların və təhsil alan tələbələrin  sayı da çoxalmışdır. Belə ki, kafedraların sayı 2-3 olduğu halda, indi ( 2015-2016 –cı tədris ilində) həmin göstərici 6-ya çatmışdır:

  1. Ümumi pedaqogika ( kaf.müd.prof. Ş. Tağıyev)
  2. Pedaqogika və təhsilin əsasları (kaf.müd.dos. A. Quliyev)
  3. Psixologiya (kaf.müd.dos. Z. Cavadova )
  4. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq və mülki müdafiə ( kaf.müd.prof. Ə. Məmmədov)
  5. Bədən tərbiyəsi və idman ( kaf.müd. b\m İ. Ağayev )
  6. Musiqi fənləri ( kaf.müd.prof. S. Qurbanəliyeva )

Hal- hazırda fakültədə 764  tələbə təhsil alır, halbuki  2007-ci ildə bu rəqəm cəmi 340 idi. Fakültənin dekanı dos. Bayram  Fəti oğlu Apoyev 2007-ci ildən hal-hazıra kimi bu vəzifədə çalışır.

Fakültənin ilk dekanı dos.M.Niftəliyev olmuşdur.Sonralar bu vəzifədə prof. Ş.Yusifli , prof.S.Şükürov, prof. Ə.Mirzəyev, dos.S.Məmmədov, dos.N.Əliyev, dos.Ə.Cəlilov, dos.S.Orucov çalışmışlar.

Fakültənin dekanlığında dekan (dos. B. Apoyev ); tədris və təlim texnologiyaları  üzrə dekan müavini  ( b\m İlqar Haqverdiyev);  humanitar məsələlər üzrə dekan müavini (b\m Anar Yusifov ); operator (Sevinc Bağırova), tyutorlar (b/m Səbinə Şahverdiyeva ); (b\m Mahnur Məmmədova ; məşqçi müəllim Şahmar Məmmədov; məşqçi müəllim Eşqin İbrahimov ) çalışır.

Fakültədə ictimai əsaslarla Həmkarlar Təşkilatının sədri (b\m Alvina Babayeva); Tələbə Həmkarlar Təşkilatının sədri (İ. Əliyeva); Tələbə Gənclər Təşkilatının sədri (Fidan Əsədullayeva); Tələbə Şurasının sədri fəaliyyət göstərir.

Hal- hazırda fakültədə çalışan professor-müəllim və tədris köməkçi heyətin ümumi sayı 171  nəfərdir ki, onlardan da 3 nəfər elmlər doktoru, professor;

29 nəfər fəlsəfə dokturu, dosent; 65 nəfər baş müəllim; 15 nəfər  müəllim, 59 nəfər isə  tədris köməkçi heyətidir. Fakültəyə ümumi rəhbərliyi seçkili orqan olan 21 nəfərdən ibarət fakültə Elmi Şurası həyata keçirir. Təlim prosesinə nəzarət etmək və metodiki köməklik göstərmək məqsədilə yaradılmış Tədris-Metodiki Şura (sədr: dos. Ziyafət Bayramova) ictimai əsaslarla fəaliyyət göstərir.12910301_916255621825852_697569986_n