Tələbə Elmi Cəmiyyəti

Tələbə Elmi Cəmiyyəti:

Sədr: Cabbarova Telli Rəhim qızı, baş müəllim

Tələbə  Elmi  Cəmiyyəti  Azərbaycan  Respublikası  Prezidentinin  22  may 2009 – cu il tarixli  295  nömrəli  Sərəncamına  uyğun  olaraq  Azərbaycan  Respublikası  Təhsil  Nazirinin  27.06.2014 – cü  il 752 nömrəli  əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti  haqqında  Nümunəvi  Əsasnaməyə” uyğun  fəaliyyət  göstərir.

Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi:

* ali təhsilli  mütəxəssislərin  hazırlanmasının  keyfiyyətinin  yüksəldilməsinə yönəldilmiş  elmi-təşkilati  tədbirlərin  həyata  keçirilməsi;

* tələbələrin  elmi-texniki  potensialın  qorunub  saxlanılması;

* magistr  və  bakalavr  tələbələrin  elmi  tədqiqat  fəaliyyətini  yeni  sosial-iqtisadi şəraitə  uyğun  təşkil  etmək.

Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələri:

* tələbələrin  elmi fəaliyyətə  cəlb edilməsi və bu fəaliyyətin  təşkil  olunması;

* elmi tədqiqat  işlərinə  tələbələrin  marağının  artırılmasına  köməklik  göstərmək;

* tələbələrə  elmi tədqiqat  işlərinin  müstəqil  həll edilməsi yollarını  öyrətmək;

* istedadlı  gənclərin  aşkar  edilməsi  və  onların  müxtəlif   elmi  konfranslara cəlb  olunmasını  təşkil  etmək;

* elmi-pedaqoji  kadr  hazırlığı  üçün  perspektivli  gəncləri  seçmək  və  onları tədqiqtçılıq   fəaliyyətinə  hazırlamaq;

* müxtəlif  səviyyəli   tədbirlərin – beynəlxalq və  yerli konfransların, elmi seminarların, müxtəlif  ixtisas   və  fənlər  üzrə olimpiadaların, ali məktəblər arası ən yaxşı elmi tədqiqat işlərinin və s. keçirilməsində tələbələrin iştirakını təmin etmək;

* tələbələrin  elmi tədqiqat  işlərinin  nəşr edilməsini  təşkil etmək;

* müxtəlif  konfranslarda  fərqlənmiş  tələbələrin  mükafatlandırılması  üçün tədbirlər  görmək;

* digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsini təşkil etmək;

* istedadlı və  perspektivli  tələbələrin  təhsillərini  xarici  dövlətlərin  qabaqcıl universitetlərində  davam  etdirilməsinə  köməklik  göstərmək.

Pedaqoji fakültə TEC-in  tərkibində 6 kafedranın TEC sədrləri fəaliyyət göstərir.

  1. Ümumi pedaqogika kafedrası – b/m. Bəsirə Abbasova
  2. Pedaqogika və təhsilin əsasları kafedrası – b/m. Əsmər Şərifova
  3. Psixologiya kafedrası –b/m. Pərvanə Məmmədova
  4. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrası – dos. Vaqif Qocayev
  5. Bədən tərbiyəsi və idman kafedrası – dos. Asif Quliyev
  6. Musiq fənnləri kafedrası –b/m. Sevinc Rüstəmova .

TEC-in sədrliyi tərəfindən 2012-ci ildə H.Əliyevin anadan olmasının 89-cu il dönümünə dair psixologiyadan fənn olimpiyadası keçirilmişdir. Növbəti illərdə bu ənənə davam etdirilmişdir. 2014-cü ildə universitet üzrə ilk dəfə Pedaqoji fakültədə TEC-i sədrliyi ilə elmi konfrans keçirilmişdir.

Pedaqoji fakültə Tələbə elmi cəmiyyətinin tərkibində Psixologiya sahəsi üzrə dərnək fəaliyyət göstərir. Bu dərnəyə Psixologiya kafedrasının baş müəllimi Pərvanə Məmmədova başçılıq edir. Psixologiya dərnəyinin üzvləri universitetdə və universitetdən kənarda elmi- praktik konfranslarda iştirak etmiş və sertifikatlara layiq görülmüşlər. TSPX  ixtisasının III kurs tələbəsi Allahverdiyeva Ayselin Ümummilli Lider H. Əliyevin 93 –cü il dönümünə həsr olnmuş   elmi-seminarı keçirilmişdir.