Dekan

Apoyev Bayram Fəti oğlu

Bayram Apoyev

Pedoqoji Fakültənin dekanı, pedoqogika üzrə fəlsəfə doktoru, dosent

15 aprel 1957-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1974-cü ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji  İnstitutuna (indiki ADPU) qəbul olunmuşdur. Tələbəlik illərində təhsil əlaçısı və fəal ictimaiyyətçi kimi fərqlənən B. F. Apoyev Fakültə Həmkarlar İttifaqi Komitəsinin sədr müavini və Tələbə Elmi Cəmiyyətinin fəal üzvü olmuşdur. 1976-ci ildə II kurs tələbəsi kimi Respublika Tələbələrinin III Elmi Konfransında “Ermənistan SSR Ararat rayonunun toponomikasi” mövzusunda məruzəsinə  görə II dərəcəli diplomla təltif olunmuşdur.

1978-ci ildə ali məktəbi əla qiymətlərlə başa vurmuş, təyinatla Yevlax rayonunun Nemətabad kənd orta məktəbinə  göndərilmişdir. Burada əvvəlcə biologiya və coğrafiya müəllimi, 1982-ci ildən isə məktəb direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində calışmışdır.

1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər  İnstitutunun  “İbtidai təlim və məktəbəqədər tərbiyə” şöbəsində əyani aspiranturaya qəbul olunmuşdur. Həmin şöbədə prof. Y. Ş. Kərimovun rəhbərliyi altında “İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təliminin keyfiyyətinə təsiri (Təbiətə aid materialların öyrədilməsi nümunəsində) mövzusunda dissertasiya işini vaxtından əvvəl tamamlayaraq, 1988-ci ilin may ayında müdafiəyə buraxılmışdır. 1989-cu ilin fevralında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

1988-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirdiyinə görə həmin institutda elmi işçi saxlanılmış ,  1989-cu ildə baş elmi işçi vəzifəsinə irəli çəkilmişdir.

1991-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqogika (indiki Ümumi Pedaqogika) kafedrasında müsabiqə yolu ilə müəllim vəzifəsinə keçmiş, 1993-cü ildə həmin kafedrada baş müəllim, 1994-cü ildə isə dosent vəzifəsinə seçilmişdir. 1995-ci ildə Respublika AAK-ın qərarı ilə Ümumi pedaqogika kafedrasında “dosent” elmi adı almışdır.

Dos. B. F. Apoyev 1993-1994- cü illərdə GDU-nun Biologiya və məktəbəqədər fakültəsinin təsris işləri üzrə dekan müavini, 1994 -2002-ci illərdə  Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmış, 2007-ci ildən hal-hazıra kimi pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.

GDU-nun doktorantı kimi “Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi” mövzusunda  dissertasiya işi müdafiəyə təqdim olunmuşdur.

Dos. B. F. Apoyev 90-dan yuxarı elmi əsərin, 20  adda kitab və kitabçanın, o cümlədən iki dərslik, bir monoqrafiya,  bir dərs vəsaiti,  bir  tədris  vəsaitinin, çoxsaylı  metodik  tövsiyənin, 100-dən çox elmi pedaqoji və publisistik qəzet yazısının müəllifidir. Onun əsərləri  Östern (İsveç), Moskva, Almatı, Nalçik, Bakı, Naxçıvan, və s. şəhərlərin nüfuzlu  jurnallarında və elmi məcmuələrində Azərbaycan,  ingilis və rus dillərində çap edilmişdir.

“Məktəb coğrafiyasında toponimlərin öyrənilməsi” adlanan ilk kitabçası hələ 1983-cü ildə orta məktəbdə coğrafiya müəllimi işləyərkən, onbirillik məktəbin  4-cü sinifləri üçün “Müşahidə gündəliyi” adlı tədris vəsaiti isə 1989-cu ildə (Bakı,“Maarif” nəşriyyatı) işıq üzü görmüşdür.

Dos. B. F. Apoyevin müəllifi olduğu (akad. B. Budaqovla müştərək) “Azərbaycan Respublikasının coğrafiyası” dərsliyi (Baki; Maarif, 1991, 8 çap vərəqi) müstəqilliyimizin ilk illərində Coğrafiya fənni üzrə yeganə ilk orijinal dərslik olmuşdur.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Pedaqoji ideyalarının öyrənilib sistemə salınmasına həsr etdiyi tədqiqat işini yekunlaşdıran dos. B. F. Apoyev həmin problemə aid son illərdə iki kitab çap etdirmişdir. ”Nizami Gəncəvinin Pedaqoji görüşləri” (Bakı: Adiloğlu, 2008, 244 s) adlanan monoqrafiyada dahi şairin təhsil, təlim və tərbiyə haqqındakı dəyərli fikir ve ideyaları yeni pedaqoji təfəkkür və milli ideologiyamız baxımından tədqiq və təhlil edilmiş sistemə salınmışdır. ”Nizami Gəncəvi irsindən pedaqoji prosesdə istifadə işinin sistemi” adlı ikinci kitabı (Bakı: Mütərcim, 2012, 216 s) bu sahədə respublikamızda işıq üzü görmüş ilk dərs vəsaitidir.

Həmin dərs vəsaitində dahi Nizaminin ədəbi-pedaqoji irsindən həm orta, həm də ali məktəblərdə pedaqoji prosesdə istifadə işinin sistemi müəyyənləşdirilmiş, bu işin  elmi-metodik və tərbiyəvi  əhəmiyyəti göstərilmişdir.

Respublikanın Gənc Vətənpərvərlər Birliyinin fəxri üzvü olan dos. B. F. Apoyev “gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə” Azərbaycan Təhsil  İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ları  ilə təltif olunmuşdur. O, ”İnam və İlham” media mükafatları laureatıdır.

Bədii yaradıcılıqla da məşğul olan B. F. Apoyevin “Ağrı” (Bakı: Adiloğlu, 2005),  “Qarabağım” (Bakı: Nasir, 2006) və “Öz Gülüm-gül ömrüm” (Bakı: “Nərgiz” ,2015)  adlı üç şeir kitabı işıq üzü görmüşdür.

Ailəlidir, iki oğlu, iki qızı və yeddi nəvəsi var.

Gəncə Dövlət Universitetinin Ümumi  pedaqogika kafedrasının dosenti

Apoyev Bayram Fəti oğlunun dərc olunmuş elmi və tədris – metodiki işlərinin

S İ Y A H I S I

S

İşin adı İşin növü Nəşiriyyat, jurnal   və.s.adı İşin həcmi Həmmüəllif
1. Məktəb coğrafiyasında   toponimlərin öyrədilməsi Metodik

tövsiyə

TN mətbəəsi, Bakı,

1983

34 s            –
 

2.

SSRİ İqtisadi coğrafiya kur-sunda Sov.İKP-aqrar  siyasəti məsələlərinin öyrədilməsi Metodik

tövsiyə

TN mətbəəsi, Bakı,

1984

24 s            –
3. İbtidai siniflərdə  doğma təbiətin öyrədilməsinin forma və yolları Metodik

tövsiyə

TN mətbəəsi, Bakı,

1987

24 s            –
4. Müşahidə gündəliyi ( IV sinif üçün) Tədris

vəsaiti

 “Maarif” Bakı, 1988” 74 s            –
5. İbtidai siniflərdə diyarşünaslıq prinsiplərinin tətbiqi yolları Metodik

tövsiyə

TN mətbəəsi, Bakı,

1988

22 s            –
6. Onbirillik məktəbin III sinfində təbiətşünaslıq təliminin təşkili Metodik

tövsiyə

TN mətbəəsi, Bakı,

1988

22 s            –
7.  Onbirillik məktəbin IV sinfində təbiətşünaslıq  təliminin təşkili Metodik

tövsiyə

TN mətbəəsi,Bakı,

1988

17 s            –
8. Azərbaycan SSR coğrafiyasının

yeni proqram üzrə öyrədilməsi

Metodik

tövsiyə

TN mətbəəsi,Bakı,

1990

17 s            –
9. Azərbaycan Respublikasının

Coğrafiyası 8/9-cu siniflər üçün

Dərslik “Maarif”, Bakı,1990 136 s B.Budaqov
 10 Şagirdlərdə milli mənlik şüuru-nun formalaşdırılması yolları Metodik

vəsait

AKTA-nın mət. Gəncə,1994 17 s B.Məhhərəmov
11 Ekoloji təbiətdə xalq pedaqo-gikası nümunələrindən istifadə Metodik

vəsait

AKTA-nın mət. Gəncə,1996 18 s            –
12 Şagirdlərin ideya-mənəvi tərbiyəsində fənn kabinetləri və məktəb muzeylərinin rolu Metodik

vəsait

AKTA-nın mət. Gəncə,1996 26 s            –
13. Pedaqoji terminlərin izahlı lüğəti Tədris vəsaiti AKTA-nın mət. Gəncə,1999 68 s Q.Aslanov
14. Nizami Gəncəvinin pedaqoji görüşləri.Monoqrafiya Monoqrafiya “Adiloğlu”, Bakı,2008 244 s            –
15 Nizami Gəncəvi irsindən pedaqoji psosesdən istifadə işinin sistemi Tədris

vəsaiti

Mütərcim, Bakı ,2012 216 s            –
 

16

Coğrafiya dərslərində toponimlərin öyrədilməsi təcrubəsindən  

Məqalə

TİÇ tədrisi, Bakı, 1980, №3  

5 s

 

17 Təbiətin qisasını gözləməyək Məqalə “Azərbaycan  təbiəti” jurnalı, Bakı,1982 №1 2 s
18 Coğrafiya dərslərində rayonu-muzun təbiəti və iqtisadiyyatı-nı necə öyrədirəm Məqalə TİÇ tədrisi, Bakı 1982, №5 5 s
19 Bu ovlağın ovu hanı? Məqalə “Azərbaycan təbiti” jurnalı, Bakı,1982 №5 2 s         –
20 Coğrafiya dərslərində ərzaq proqramının öyrədilməsinin imkan və yolları Məqalə TİÇ tədrisi, Bakı 1982, №6 4 s
21 Coğrafiya dərslərində rus dilinə maraq hissini necə aşılayıram? Məqalə TİÇ tədrisi, Bakı 1983, №5 4 s
22 “Kənd təsərrüfatının coğra-fiyası” mövzusunun tədrisində   partiyamızın aqrar siyasəti Məqalə TİÇ tədrisi, Bakı 1984, №2 4 s
23 İqtisadi biliklərin formalaş-dırılması təcrübəsindən Məqalə TİÇ tədrisi, Bakı 1984, №6 5 s
24 Qara çayın dərəsində nələr    gördüm? Məqalə “Azərbaycan təbiti” jurnalı, Bakı,1984 №6 2 s
25 Fiziki coğrafiyanın başlanğıc kursunun təbiətşünaslıqla əlaqəli tədsiri Məqalə TİÇ tədrisi, Bakı 1986, №1 4 s
26 Doğma təbiəti öyrənmək sahəsində sinifdənxaric işlər Məqalə İbtidai məktəb   və m/q tərbiyə. Bakı 1987, №1 4 s
27 Diyarşünaslıq prinsipi və təlim- tərbiyə prosesində onun rolu Məqalə İbtidai məktəb   və m/q tərbiyə. Bakı 1987, №2 4 s
28 Təbiətşünaslığın tədrisində diyarşünaslıq materiallarından istifadənin ekoloji tərbiyədə rolu Məqalə TİÇ tədrisi, Bakı 1987, №2 3 s
29 Oxu dəsrlərində diyarşünaslıq prinsipinin tətbiqi Məqalə İbtidai məktəb   və m/q tərbiyə. Bakı 1988, №2 4 s
30 Respublikamızın təbiəti üzrə diyarşünaslıq materiallarının mənbələri Məqalə TİÇ tədrisi, Bakı 1988, №1 4 s
31 Kənd təsərrüfatı əməyi  prosesində ekoloji tərbiyə Məqalə Əmək və politexnik təlim.

Bakı, 1988, №2

3 s
32 Onbirillik məktəbin IV sinfində təbiətşünaslıq təliminin təşkili məsələləri Məqalə İbtidai məktəb   və m/q tərbiyə. Bakı 1989, №2 4 s
33 VI sinifdə “Öz məhəllinin təbiəti və əhalisi” bölməsinin

tədrisinə dair

Məqalə TİÇ tədrisi, Bakı 1989, №5 3 s
34 Təbiətşünaslıq dərslərinin intensivləşdirilməsi Məqalə İbtidai məktəb   və m/q tərbiyə. Bakı 1990, №3 4 s
35 Azərbaycan SSR coğrafiyası-nın yeni proqram üzrə tədrisi Məqalə TİÇ tədrisi, Bakı 1990, №4 5 s
36 Azərbaycan SSR coğrafiya dərsliyinin tərtibi prinsipləri Tezis Azərb.coğrafiya Cəmiyyətinin VI qurul-tayının materialları.  Bakı, “Elm”, 1990 2 s B.Budaqov
37 Azərbaycan SSR məktəblə-rində təbiətşünaslıq kurslarının tədrisi məsələləri Məqalə Azərb.coğrafiya Cəmiyyətinin VI qurul-tayının materialları.

Bakı, “Elm”, 1990

3 s
38 “Ətraf aləm” kursunun nəzəri əsasları Məqalə İbtidai məktəb   və m/q tərbiyə. Bakı 1991, №2 4 s
39 Milli mənlik şüurunu necə formalaşdırmalı? Məqalə Azərbaycan  məktəbi. Bakı, 1992, №1,2 4 s
40 Dərsdənkənar tədbirlər  sistemində kütləvi iş  formalarının yeri və rolu Tezis GDPİ-nin 1991,elmi   konfransının mate-rialları. Gəncə, 1992 2 s
41 Çətin tərbiyə onulan uşaqlarla iş Tezis Ali pedaqoji məktəb-lərdə humanitar və ictimai elmlərin tətbiqi və tədrisinə dair II resp. konfransı. Bakı 1997 2 s
42 Milli mənlik şüurunun forma-laşdırılmasında sinifdənxaric və   məktəbdənkənar tərbiyə işlərinin yeri Məqalə GDPİ-nin “Elmi əsərlər məcmuəsi”, Bakı, 1998 2 s
43 Goranboy rayonunun coğrafi adları Məqalə GDPİ-nin “Elmi əsərlər məcmuəsi” I hissə, Bakı, 2001 2 s
44 N.Gəncəvinin əsərlərində əqli

tərbiyə məsələləri

Məqalə GDPİ-nin“Elmi əsərlər məcmuəsi”, II hissə, Bakı, 2001 2 s
45 N.Gəncəvinin əsərlərində ekoloji tərbiyə məsələləri Məqalə GDPİ-nin “Elmi əsərlər məcmuəsi”,Bakı 2004 2 s
46 N.Gəncəvinin əsərlərində estetik tərbiyə məsələləri Məqalə Təhsil, mədəniyyət, incəsənət. Bakı, 2003 №1 3 s
47 N.Gəncəvinin əsərlərində hərbi vətənpərvərlik tərbiyəsi

məsələləri

Məqalə GDPİ-nin “Elmi əsərlər məcmuəsi”,VIII hissə, Bakı,  2004 2 s
48 N.Gəncəvinin təbiəti mühafizə konsepsiyası Məqalə Təhsil, mədəniyyət, incəsənət. Bakı, 2004,  №4 4 s
49 X.R.Ulutürk poeziyasında vətənpərvərlik tərbiyəsi Məqalə Humanitar elmlərin öyrənilməsi aktual  problemləri, Bakı, 2007 4 s
50 N.Gəncəvinin əsərlərində ağıl tərbiyəsi məsələləri Məqalə Pedaqgika və psixo-logiyanın aktual prob-lemləri. Beynəlxalq

konfrans  material. Gəncə,2010

6 s
51 X.R.Ulutürk poeziyasında   ekoloji tərbiyə məsələləri Məqalə GDU elmi xəbərlər. Gəncə 2011. №1 5 s
52 N.Gəncəvinin əxlaq və əxlaq tərbiyəsi haqqında fikirləri Məqalə “Təhsil sistemində gənc nəslin təlim- tərbi-yəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” mövzu-sunda respublika elmi konfarsının material-ları, Mütərcim. Bakı, 2012 2 s
53 Nizami Gəncəvinin əsərlərində ağıl tərbiyəsi məsələləri Məqalə Hümanitar Elmlərin öyrənilməsinin aktual problemləri, №2, 2012, Mütərcim, Bakı, 2012  

5 s

54  Nizami Gəncəvinin “Xəmsə” sində estetik tərbiyə məsələsi Məqalə GDU elmi xəbərlər, №2,2012, Gəncə. 6 s
55 Nizami Gəncəvinin yaradıcılığında coğrafi adlar Məqalə Nizami Gəncəvinin 870 illiyi həsr olunmuş konfransın materialları. Gəncə,2012 19 s
56 Nizami Gəncəvinin “Xəmsə”sində hüquq tərbiyəsi məsələləri Məqalə Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş konfrans materialları, Gəncə,2012 6 s
57 Nizami Gəncəvinin təbiəti mühafizə konsepsiyası Məqalə Hümanitar elmlərin öyrənilməsinin aktual problemləri. Mürtəcim, Bakı,2012,№3 4 s
58 Nizami Gəncəvinin poeziyasında təbiəti mühafizə və ekoloji tərbiyə məsələləri Nizamişünaslıq . Elmi xəbərlər, Bakı, 2012, №1 5 s
59 Nizami Gəncəvi poeziyasında peşəyönümü və iqtisadi tərbiyə məsələləri Məqalə “Ümumi orta təhsilin müasir problemləri” mövzusunda Beynəl-xalq elmi konfransın materialları, Mütərcim, Bakı, 2012 3 s
60 Ədəbiyyat fənninin tədrisi prossesində Nizami irsindən istifadə tərbiyə vasitəsi kimi Məqalə GDU. Elmi Xəbərlər, Gəncə,2012,№3 9 s
61 Nizami Gəncəvi poeziyasında iqtisadi tərbiyə məsələləri Məqalə Azərbaycan TPİ, Elmi əsəsrlər,  2012,№4 5 s
62 Вопросы патриотического воспитания в поезии в

Низами Гянджеви.

Məqalə  Казахский Нацио-нальный Педагоги-ческий Университет имени Абая. Вестник, Алматы,  2012, №3, 5s
63 Dərsdənkənar tədbirlərdə Nizaminin tərbiyəvi fikirlərindən istifadə Naxçıvan Müəllimlər İnstitunun Xəbərləri, Cild:8, №4, 2012 7 s
64 Вопросы справедливого правителя и юридического

воспитания поезии Низами Гянджеви /Культура как

основной потенсиал формирования позитивного имиджа Кавказа. Материалы

Məqalə Международной научно-практической конференции.

Пятигорск: ПГЛУ, 2012,

3s
65 Nizami Gəncəvi irsindən tarix dərslərində istifadınin imkan  və yolları Məqalə GDU.Elmi Xəbərlər,

Gəncə, 2013,№1

5 s
66 Nizami poeziyasında insan-pərvərlik tərbiyəsi məsələləri Məqalə Pedaqoji Universitet Xəbərlə-ri:Bakı, ADPU,2012,№4 6 s
67 Heydər Əliyev və Nizami Gəncəvi irsinə məhəbbət təntənəsi Məqalə Azərbaycanşünaslığın aktual problemləri. Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq elmi konfransının materialları. Bakı, Mütərcim, 2013  

2 s

68 Heydər Əliyev və Nizami Gəncəvi irsinin öyrənilməsi Məqalə Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin qurucusu və yubileyinə həsr olunmuş elmi-praktik kon-frans. I hissə. Gəncə, 2013  

20 s

69 Nizami Gəncəvi irsindən coğrafiya dərslərində istifadə tərbiyə vasitəsi kimi Məqalə GDU. Elmi Xəbərlər.

Gəncə,2013, №2

6 s
70 Мысли Низами Гянджави о факторах,влияюших на формирование личности /фундаментальные и прик-ладные проблемы науки Məqalə Том 8.Материалы VIII Международного симпо-зиума. Москва,RAH.2013. 7s
71 Pedaqoji prosesde Nizaminin pedaqoji ideyalarından istifadə işinin sistemi Məqalə Doktorantların və gənc tədqiqatçıların XVIII Res-publika Elmi konfransının materialları.II cild. Bakı,2013  

3 s

72 Nizami irsindən musiqi və təsviri incəsənət dərslərində istifadə tərbiyə vasitəsi kimi Məqalə GDU.Elmi Xəbərlər, Gəncə, 2013, №3 5 s
73 Nizami Gəncəvinin tərbiyəvi fikirləri Məqalə GDU .Elmi Xəbərləri,

Gəncə,2013,№4

5 s
74 “Qum kəndi” versiyası, yoxsa Nizami Gəncəvinin doğulduğu yer haqqında cəfəngiyyat Azərbaycanşünaslığı aktual problemləri. Ümumilli Lider Hydər Əliyevin anadan olma-sının V Beynəlxalq elmi konfransının materialları, Bakı,Mürtəcim, 2014  

3 s

75 Bir daha Nizami Gəncəvinin tərcümeyi  halı  haqqında Məqalə Humanitar elmləri    öyrənilməsinin

aktual problemləri.Mütərcim,      Bakı, 2014,№ 2

88 s