Humanitar məsələlər üzrə dekan müavini

Anar Yusifov

Yusifov Anar İdris oğlu

1979-cu il noyabrın 7-də Samux rayon Kolayır kəndində anadan olmuşdur. 1986-cı ildə həmin kənddə orta məktəbə daxil olmuşdur. 1997-ci ildə orta məktəbi bitirib Gəncə Dövlət Universitetinin Gənclərin çağırışaqədərki hazırlığı və fiziki təlim ixtisasına qəbul olmuşdur. 2001-ci ildə bakalavr pilləsini bitirib magistratura şöbəsinə qəbul olmuşdur. Qəbul olduğu il Universitetin idman klubuna 0.5 ştat sədr təyin olunmuşdur. İşlədiyi müddətdə dəfələrlə şəhər və universitet rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. 2003-cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib  hərbi xidmətə yollanmışdır. 2004-cü ildən universitetdə müəllim kimi fəaliyyət göstərir. 2013-cü ildə baş müəllim seçilmişdir. 2015-ci ildən pedaqoji fakültənin humanitar məsələlər üzrə dekan müavini təyin edilmişdir.

İşlədiyi müddətdə 5 elmi məqalənin, 6 fənn proqramının müəllifidir. Əlbəyaxa döyüş üzrə I dərəcəli idmançıdır. Ailəlidir, 3 övladı var.