Tutorlar
İbrahimov Eşqin Fərman oğlu
1958 – ci il Göy göl şəhərində anadan olmuşdur. 1965 – ci ildə Göy göl şəhər 3 saylı orta məktəbinin 1 – ci sinfinə daxil olmuşdur.1976 – ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1976 – ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı pedaqoji institutuna daxil olmuşdur, 1981 – ci ildə isə bitirmişdir.1981 –ci ildə Göy göl rayon Üç təpə kəndində rus dili müəllimi işləmişdir. 1981 – 1983 cü ildə Ukraynanın Xarkov vilayətində hərbi xidmətdə olmuşdur. 1983 – 1991 ci ilə qədər Göy göl rayon Mollacəlili kənd orta məktəbində rus dili müəllimi vəzifəsində çalışmışdır. 1991-1997 ci illərdə isə həmin məktəbin direktoru vəzifəsində işləmişdir. 1997- 2003 – cü ilə qədər yenə həmin məktəbdə müəllim vəzifəsində işləmişdir. 2003– cü ildən Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında ağır atletika şöbəsinin müdiri vəzifəsində işləyir. 2012- ci ildən isə əlavə olaraq həmin ixtisas üzrə Pedaqoji fakültədə tyutor vəzifəsində çalışır
2007 – ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Məmmədov Şahmar Rüstəm oğlu
29.12.1982-ci ildə Xanlar rayonu Zazalı kəndində anadan olmuşdur. 1989-cu ildə Zazalı kənd orta məktəbin birinci sinfinə getmişdir. 2000-ci ildə Zazalı kənd orta məktəbinin 11-ci sinfini bitrib elə həmin ildə GDU-nun Gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyənin metodikası ixtisaasının birinci kursuna daxil olmuşdur. 2004-cü ildə həmin ixtisasın bakalavır pilləsini fərqlənmə ilə bitirərək magistr pilləsinə qəbul olmuşdur. 2006-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. 2010-cu ildən GDU-nun Pedaqoji fakültəsinin Bədən tərbiyə və idman kafedrasndə baş məşqçi, müəllim fəaliyyətinə başlamışdır. 2013-cü ildən pedaqoji fakültədə tyutor vəzifəsində fəaliyyət göstərir.
Məmmədova Mahnur Qafar qızı
07.01.1966 – cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1973- cü ildə 39 saylı orta məktəbin 1-ci sinfinə getmiş, 1983-cü ildə həmin məktəbi müvəffəqiyyatlə bitirmişdir. Həmin ildə də Azərbaycan Texnologiya Universitetinin “Yeyinti İstehsalının Texnologiyası” fakültəsinə daxil olmuş, 1989 – cu ildə bitirmişdir. 1984 – cü ildə əmək fəaliyyətinə başlamışdır. 1996 – cı ildən Gəncə Dövlət Universitetinin «Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və Mülki müdafiə» kafedrasında baş laborant vəzifəsində işləyir. 1998- ci ildə həmin kafedrada müəllim kimi fəaliyyət göstərir. 2011 – ci ilin may ayından Pedaqoji fakültənin Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı ixtisasının tyutoru təyin edilmişdir. 2006 cı ildən Gəncə Dövlət Universitetinin coğrafiya kafedrasının disertantıdır. Müxtəlif illərdə çap olunmuş 7 elmi məqalənin müəlifidir. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2013-cü ildən kafedrada baş müəllim işləyir. Subaydır.
Naidə Kərimova
Kərimova Naidə Məzahir qızı 21.05.1972-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1989-cu ildə Həsənbəy Zərdabi adına institutun pedaqogika və psixologiya ixtisasına daxil olmuşdur. 1993-cü ildə həmin insitutu fərqlənmə diplomu ilə bitimişdir. 1996-cı ildə Həsənbəy Zərdabi adına institutun ixtisas artırma fakültəsinin İbtidai təhsilin pedaogikası və metodikası ixtisasına daxil olmuşdur. 1998-ci ildə həmin ixtisası bitirmişdir. 2000-ci ildə GDU-nun Ümumi pedaqogika kafedrasında kabinə müdiri vəzifəsində işləmişdir. 2012-ci ildən indiyədək Pedaqoji fakültədə tyutor vəzifəsində çalışır.