Təhsilin pedaqogikası və metodikası

DSC_5671
Azərbaycan Respublikasının təhsil sistemində aparılan məqsədyönlü islahatlar onun məzmunu, strukturu və idarə olunması kimi mühüm məsələləri özündə ehtiva etməklə sistemli şəkildə həyata keçirməkdədir.

Cəmiyyət üçün çox dəyərli kapital olan kamil insan, şəxsiyyəti formalaşdırmaq üçün imkanların yaradılması diqqət mərkəzindədir. Bu sözlərdə dərin həqiqət vardır. Budur ki, son illərdə pedaqoji kadr hazırlığının səmərəli təşkili istiqamətində məqsədyönlü, sistemli, fasiləsiz iş gedir. Həm ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan hökümətinin, həm də Təhsil Nazirliyinin səyləri təhsil müəssisələrinin, o cümlədən institut və universitetlərin, təhsil akademiyalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə, pedaqoji təhsilin məzmununun və strukturunun yeniləşməsinə, müəllim-tələbə, müəllim-şagird münasibətlərinin səmərəli qurulmasına yönəlmişdir.

Qeyd etməliyəm ki, hər bir vaxt təhsilin keyfiyyəti cəmiyyətin inkişafının əsasını təşkil edən göstəricilərdən biri və ən əsası olmuşdur. Məhz bu baxımdan universitetimizdə süurlu və qanunu fəaliyyətə əsaslanan inkişafı təmin etmək məqsədi ilə təhsildə xeyli işlər görülmüş və mühüm irəliləyişə nail olunmuşdur. Bu nailiyyətlər içərisində “Pedaqogika və təhsilin əsasları” kafedrasının da payı vardır.

Azərbaycan Respublikasında konseptual xarakterli sənədin – ümumi təhsil Konsepsiyası – Milli Kurrikilumunun qəbulu da təhsilimizin əldə etdiyi nailiyyətlərdən biridir. Bu çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurrikulumlarının strukturunu əhatə edir.

Müasir təhsil konsepsiyasında, dünya təhsil sisteminə inteqrasiya şagird və tələbələrin məntiqi təfəkkürlərinin və idrak fəaliyyətlərinin maksimum inkişaf etdirilməsi prinsipi irəli sürülmüşdür. Deməli, bunun üçün gələcək kadrları dünya standartlarına uyğun səviyyədə hazırlamaq lazımdır. Bu isə qarşıya yeni – yeni vəzifələr qoyur. Bütün bunlara nail olmaq üçün Respublikamızda müxtəlif, geniş tədbirlər, eksperimentlər, müxtəlif elmi – metodiki xarakterli tədqiqatlar və s. həyata keçirilir və keçirilməkdədir. Göstərilən proseslərdə Gəncə Dövlət Universitetidə yaxından iştirak edir və bir sıra kompleks tədbirlər həyata keçirir.

Bu kompleks tədbirləri dərindən öyrənən və öz fəaliyyətində əsas tutan Pedaqogika və təhsilin əsasları kafedrası da tədris ili ərzində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışmışdır. Bu məqsədlə respublika və şəhər səviyyəli tədbirlərdə, kurslarda və elmi – metodiki seminarlarda iştirak etmişdir, təhsil şəraitini yaxşılaşdırmaq üçün müəyyən tədbirlər görmüşdür.

Kafedra Təhsil Nazirliyinin, Universitet rektorluğunun, fakültə dekanlığının və s. əmr və sərəncamlarını rəhbər tutaraq tədris, metodik, elmi – tədqiqat, təşkilati metodik və tərbiyəvi sahələrdə qabaqcıl iş təcrübəsinə əsaslanaraq öz fəaliyyətini qurmuşdur.

Ölkə başçısının imzaladığı “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamı da təhsilin inkişafında mühüm əhəmiyyət kəsb edən sənəddir.

Kafedra bu sənəddən irəli gələn bütün tələblərə cavab verə biləcək kadrların hazırlanması üçün var gücü ilə çalışır.

Pedaqaqogika və təhsilin əsasları kafedrası 2014 – 2015 – ci tədris ilində aşağıdakı tərkiblə fəaliyyətə başlamışdır.

  1. Pedaqoji elmlər namizədi, dosent, kafedra müdiri – Quliyev Allahverdi İsgəndər oğlu.
  2. Pedaqoji elmlər namizədi, dosent – Orucov Sabir Bayram oğlu.
  3. Pedaqoji elmlər namizədi, dosent – Əliyev Yəhya Mahmud oğlu.
  4. Pedaqoji elmlər namizədi, dosent – Babayeva Nübübət İsah qizi.
  5. Pedaqoji elmlər namizədi, dosent – Məmmədova Tamella Əli qızı
  6. Pedaqoji elmlər namizədi, dosent– Bayramova Ziyafət Vilayət qızı.
  7. Pedaqoji elmlər namizədi, dosent – Mehdiyev Hüseyn Polad oğlu
  8. Baş müəllim – Həsənova Elmira Həsən qızı.
  9. Baş müəllim – Əhmədova Şərəf Ələddin qızı.
  10. Baş müəllim – Şərifova Tünzalə Fərrux qızı.
  11. Baş müəllim – Əliyeva Afaq İsgəndər qızı.
  12. Baş müəllim – Şərifova Əsmər Təyyar qızı.
  13. Baş müəllim – Yusifova Aynur Aydın qızı.
  14. Baş müəllim – Nuriyeva Svetlana Elman qızı
  15. Baş müəllim – Binnətova Şəlalə Bəhlul qızı
  16. Müəllim – Kazımova Günay Salman qızı

Adları göstərilən hər bir müəllim elmi-tədqiqat və ya elmi-metodiki iş aparmışdır.  Kafedra 2 istiqamət üzrə (Pedaqogika və riyaziyyatın ibtidai kursunun tədrisi) elmi-tədqiqat işi aparmağı planlaşdırmaış və ona nail olmuşdur. Ümumiyyətlə istər elmi-tədqiqat, istərsədə elmi – metodiki, tədris – təlim – tərbiyə işlərinin planlaşdırılması və yerinə yetirilməsi bütün tədris illərində yüksək səviyyədə yerinə yetirilir və mühüm nəticələr əldə olunur.

 

 Tədris-köməkçi heyəti

Təhsilin əsasları fənn kabinəsinin müdiri  Həsənova Aynur, Riyaziyyatın ibtidai kursunun tədrisi fənn kabinəsinin müdiri Məmmədova Vəfa, Pedaqogika fənn kabinəsinin müdiri Vəliyeva Sona, Baş laborant İbrahimova Lamiyə, Laborant Rüstəmova Əzizə, Laborant Hüseynova Sona, Laborant Əliyeva Qonçə, Laborant İbrahimova Günay, Laborant Mahmudova Lyudmila, Laborant Alışanova Səidə, Laborant Süleymanova Leyla, Laborant Məlikova Günətay, Laborant İmaməliyeva Xəyalə, Preparator Mehdiyeva Samirə, Operator Məmmədova Esmira.