MƏMMƏDOVA RƏŞİDƏ HAMLET QIZI

Rashida Mammadova

MƏMMƏDOVA RƏŞİDƏ HAMLET QIZI

Kafedranın baş müəllimi- Məmmədova Rəşidə Hamlet qızı 1968-ci il avqus ayının 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin qiyabi şöbəsini bitirib. Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 1996-cı ildən müəllim, 2005-ci ildən baş müəllim vəzifəsində işləyir. “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə fəlsəfə doktorudur.

1997-ci ildən YAP-ın üzvüdür.

Ailəlidir, 2 övladı var.

Çap olunmuş elmi məqalələri:

 

  1. “İohann Sebastyan Baxın invensiyaları və fortepiano sinfində onlardan istifadə”. Gəncə Dövlət Uni­ver­si­teti­­nin Elmi əsərlər məc­muəsi., Bakı, 2003
  2. “İohann Sebastyan Baxın yaxşı temperasiyalı klavir II cild və fortepiano sinfində ondan istifadə”. Gəncə Dövlət Uni­ver­si­teti­­nin Elmi əsərlər məc­muəsi., Bakı, 2004
  3. “İohann Sebastyan Baxın musiqisinin tədris repertuarında rolu və əhəmiyyəti”. Gəncə Dövlət Uni­ver­si­teti­­nin Elmi əsərlər məc­muəsi., Bakı, 2007
  4. “VII sinifdə muğamların tədrisi metodikası”. Gəncə Dövlət Uni­ver­si­teti­­nin Elmi əsərlər məc­muəsi., Gəncə, 2014
  5. “Musiqinin tərbiyəvi təsir imkanları”. Naxçıvan Dövlət Universitetinin Humanitar elmlər seriyası., “Qeyrət” nəşriyyatı, 2014
  6. “İnsanın mənəvi tərbiyəsində musiqinin rolu”. Naxçıvan Dövlət Universitetinin Humanitar elmlər seriyası., “Qeyrət” nəşriyyatı, 2015
  7. “Gəncənin görkəmli bəstəkarları”. Gəncə Dövlət Uni­ver­si­teti­­nin Elmi əsərlər məc­muəsi., Gəncə, 2015