HACIYEVA MEHRİBAN ŞÖVKƏT QIZI

Mehriban Haciyeva

HACIYEVA MEHRİBAN ŞÖVKƏT QIZI

Kafedranın baş müəllimi- Hacıyeva Mehriban Şövkət qızı 1971-ci il yanvar ayının 22-də  Gəncə şəhərində anadan olmuşdur. 1995-ci  ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin əyani şöbəsini bitirib. Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında 1995-ci ildən müəllim, 2007-ci ildən baş müəllim vəzifəsində işləyir. Kafedranın dissertantıdır, “Musiqinin tədrisi metodikası” ixtisası üzrə “Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən istifadənin imkan və yolları” mövzusunda elmi-tədqiqat işi üzərində işləyir (elmi rəhbər – professor S.Qur­ban­əliyeva).  “Əsas və əlavə musiqi alətləri” metodbölməsinin rəhbəridir.

2000-ci ildən YAP-ın üzvüdür.

Ailəlidir, 3 övladı var.

Çap olunmuş elmi məqalələri:

  1. “Azərbaycan fortepiano məktəbinin inkişaf yolları”. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun elmi əsərlər məcmuəsi.,Bakı, 1998
  2. “Azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndələri”. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun elmi əsərlər məcmuəsi., Bakı, 1999.
  3. “Azərbaycan fortepiano mədəniyyətinin tarixi və inkişaf yolları”.Nizami adına Gəncə Universitetinin elmi əsərlər məcmuəsi., Bakı,1999.
  4. “Musiqi həyatının mənasıdır”. Nizami adına Gəncə Universitetinin elmi əsərlər məcmuəsi., Bakı, 1999
  5. “Azərbaycan fortepiano məktəbinin səciyyəvi xüsusiyyətləri”.Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi.,Bakı,2000
  6. “Məktəblilərin musiqi tərbiyəsində Azərbaycan bəstəkarlarının fortepiano pyeslərindən istifadənin imkan və yolları”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi., Bakı, 2001.
  7. “Azərbaycan bəstəkarlarının yaradıcılığında sonta janrı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadə”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi., Bakı, 2003.
  8. “Azərbaycan bəstəkarlarının yaradıcılığında konsert janrı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadə”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi., Bakı, 2004
  9. “Azərbaycan bəstəkarlarının uşaq fortepiano pyesləri”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi., Bakı, 2006.
  10. “Azərbaycan bəstəkarlarının uşaq mahnılarının məktəblilərin mənəvi tərbiyənin təsiri”.Professor-müəllimlərin elmi-tədqiqat və yaradıcılıq işlərinin toplusu., Gəncə, 2007.
  11. “Ümumtəhsil məktəblərinin birinci sinif şagirdlərinin musiqi tərbiyəsində Azərbaycan muğamlarından istifadənin imkan və yolları”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi., Gəncə,2014.
  12. “Gəncə şəhər 4 saylı uşaq musiqi məktəbinin fəaliyyətinə dair”. Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi., Gəncə,2015.