Baş müəllim Babayeva Alvina Davud qızı

Babayeva Alvina baş müəllim

23 fevral  1955-ci ildə Gəncə şəhərində anadan olub.

1970-ci ildə  Kirovabad  şəhərinin  4 saylı  orta məktəbini

bitirib Kirovabad ş. Pedoqoji məktəbə qəbul olub və 1973-cü  ildə “Uşaq baxçası tərbiyəçisi” ixtisasını bitirmişdi.

1975-ci ildə Kirovabad DPİ-na qəbul olub 1980-ci ildə “Orta məktəbdə ibtidai sinif müəllimi” ixtisasını bitirmişdi.

1990-cı ildə M.Rəsulzadə adina BDU nəzdində təşkil edilmiş “Xalq təhsilində praktiki psixologiya” təyinatlı kursuna daxil olub 1991-ci ildə bitirmişdi və ona məktəb psixoloqu dərəcəsi verilmişdir. Bir neçə dəfə AMİ Gəncə filialında  ixtisasartırma kursunu bitirmişdi.

1972-ci ildən iş fəaliyyətinə başlayıb. DİN-nin 2 saylı təchizxanasında kitabxanaçı vəzifəsində çalışıb.1975-ci ildən 1980-ci ilə kimi  UİLGİ-nin Kirovabad şəhərində iş icraçısı, 1980-1982-ci illərdə Kəpəz rayon UİLGİ-nin 9 saylı TPM-də komsomol təşkilatının katibi,1982-ci ildən 1986-ci ilə kimi Kəpəz Rayon İcraiyyə komitəsinin az yaşlılar komisiyyasının məsul katibi,  1986-cı ildən 1990-cı ilə kimi Kəpəz Rayon İcraiyyə Komitəsində ümumi şöbənin rəisi,  1990-cı ildən 1992-ci ilə kimi Gəncə şəhəri Kəpəz Rayon Xalq Təhsili Şöbəsinin Metodist, İnspektor-metodist, Psixoloq-metodist, eyni zamanda da 34 saylı orta məktəbdə rus dili müəlliməsi, 1997-ci ildən  2000-ci ilə kimi  Gəncə şəhəri mədəniyyət idarəsinin  Nizami Gəncəvi  xatirə-ev  muzeyində elmi işçi vəzifəsində çalışmışdır.

1991-ci ildə H.Zərdabi adına G.D.P.İnstitutunun    Psixologiya  kafedrasında baş laborant ,  stajçı müəllim,  müəllim, 1999-cu ildən isə baş müəllim  vəzifəsində çalışır. İşlədiyi bu illər ərzində    Şəhadətnamə   Unicet. Azərbaycan Respublikası Təhsil Nazirliyi  (2009-cu il), Sertifikat Azərbaycan  Respublikası Təhsil Nazirliyi  və “Məqsəd təşkilatı İntel” “Gələcək üçün təhsil” haqqında sertifikat   (2013), “Türkiyə Universitetləri  Məzunları” İctimai   Birliyi  Diplom (2013). – bu sertifikatlarla təltif olunmuşdu.

Bununla yanaşı  bu müddət ərzində 27-dən çox elmi məqalələrin, fənn proqramlarının, metodik tövsiyələrin və s. müəllifidir.

1995-ci ildən Yeni Azərbaycan  Partiyasının üzvüdü.

Ailəlidi, 3 övladı var.