Baş müəllim Məmmədov İlham Məmməd oğlu

Məmmədov İlham baş müəllim

1981-1986-cı illərdə M.A.Suslev adına Rostov Dövlət

Universitetinin fəlsəfə fakültəsinin psixologiya şöbəsini

bitirmiş və DAK-in qərarı ilə psixoloq-müəllim ixtisası almışdır. Universiteti bitirdikdən sonra 1987-1988-ci illərdə Kirovabad (indiki Gəncə) Qənnadı fabrikində sosioloq, 1988-1997-ci illərdə şəhər Ruhi Əsəb dispanserində psixoloq vəzifəsində işləmişdir.

1988-1989-cu illərdə H.Zərdabi adına Kirovabad Dövlət pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) psixologiya kafedrasında stajçı müəllim, 1989-cu ildən 1993-cü ilə qədər həmin kafedrada seçki ilə müəllim, 1993-cü ildən bu günə kimi isə baş müəllim vəzifəsində çalışır.

2012-ci ildə Bakı Dövlət Universitetinin psixologiya üzrə ixtisaslaşmış Müdafiə Şürasında “Müasir şəraitdə çətin tərbiyə olunan yeniyetmələrin şəxsiyyətinin formalaşması” mövzusunda dissertasiya müdafiə etmişdir (elm rəhbəri əməkdar elm xadimi professor Ə.S.Bayramov).

Elmi maraq dairəsinə “çətin tərbiyə olunan uşaq və yeniyetmələr problemi” aid edilir. Cəmi 28 elmi əsər müəllifidir. Bunlardan 3-ü xaricdə, 4-ü psixologiya üzrə respublikamızda ən mötəbər orqan olan “psixologiya” jurnalında çap olunmuşdur.

2011-ci ildə “Müəllim şəxsiyyəti və şagird kollektivinin təşkilində onun rolu” adlı metodiki vəsaiti (dos. Z.Aslanova ilə müştərək).

2012-ci ildə “Kiçik məktəblilərin təlim fəaliyyətinin optimallaşdırılması” adlı dərs vəsaiti (dos.Z.Aslanova ilə müştərək), çap olunmuşdur.

Ailəlidir, 3 övladı var.