Dosent MƏMMƏDOVA PAKİZƏ ƏBÜLFƏT qızı

Məmmədova Pakizə dosent

Psixologiya üzrə fəlsəfə doktoru, dosent MƏMMƏDOVA PAKİZƏ ƏBÜLFƏT qızı

 

1951-ci ildə Kirovabad (indiki Gəncə ş.) şəhəri F. Engels küçəsi, 188 saylı evdə anadan olmuş.

1958-ci ildə Kirovabad Şəhəri 21 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1966-cı ildə həmin məktəbin 8-ci sinfini bitirib,  Kirovabad Şəhəri 6 saylı orta məktəbdə daxil olub.

1970-ci ildə  H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakultəsinin qiyabi şöbəsinə daxil olub. 1976-cı ildə həmin institutu bitirib.

1970-ildən H.Zərdabi adına GDPİ-nin (Gəncə Dövlət Universitetinin) Psixologiya kafedirasında laborant,  baş laborant,  müəllim,  baş müəllim vəzifəsində işləmiş.

O4 oktyabr 2003-cü ildə Bakı Dövlət Universitetində fəaliyyət göstərən N 02014 ixtisaslaşdırılmış şurasında «Uşağın məktəb təliminə hazırlığının psixoloji xüsusiyyətləri» (Pedaqoji psixologiya 19.00.07 ixtisası üzrə) mövzusunda namizədlik dissertasiyası müdafiə  etmişdir.

İşlədiyim müddətdə Respublika jurnallarında14 məqalə 6 tezis çap etdirmişdi. Bundan əlavə 1 metodik vəsait – «Uşaqların mətktəb təliminə hazırlanmasında oyun «fəaliyyətinin rolu» (GDU- Gəncə -2009),   1 metodik göstəriş – «Psixologiyadan praktik məşğələlər» (GDU- Gəncə 2011), 1  «Defektologiyanın əsasları» üzrə fənn proqram və  1 dərs vəsaitim – «Defektologiyanın əsasları» (GDU – Gəncə 2012) çapdan çıxmışdır.