Dosent İbrahimov Cəfər Hüseyn oğlu

IMG_2498

Psixologiya kafedrasının dosenti,pedaqogika üzrə fəlsəfə doktoru İbrahimov Cəfər Hüseyn oğlu

1951-ci ildə Tovuz rayonu Yanıqlı kəndindən anadan olmuşdur. 1976-ci ildə Bakı Dövlət Universitetini (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) “Biblioqrafiya” ixtisası üzrə bitirmişdir. 1986-1990-cı illərdə Moskva Dövlət Mədəniyyət Universitetinin aspiranturasında təhsil almış və 1991-ci ildə “Alim və mütəxəssisləri informasiya təminatı üçün problem istiqamətləndirici biblioqrafik bazanın formalaşdırılması və istifadəsi” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır.

1997-ci ilin aprel ayından YAP-ın üzvüdür.

1995/1996-cı tədris ilində, 2004/2005-ci tədris ilinə qədər Azərbaycan Dövlər Aqrar universitetində “Psixologiya” fənnini tədris etmişdir. Həmin fənnin tədrisinin orada dayandırılması ilə əlaqədar olaraq Gəncə DövlətUniversitetində Psixologiya kafedrasına keçərək pedaqoji fəaliyyətini davam etdirir 2003-cü ildə “Psixologiya” elmi üzrə dosent elmi adını almışdır.

Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə “Fəxri fərmanla”, 01.11.2018-ci il tarixdə Təhsil Nazirinin digər əmri ilə “Azərbaycan Respublikası qabaqçıl təhsil işçisi” döş nişanı ilə  təltif edilmişdir.

Onun “Psixologiyadan mühazirə konspektləri” (qiyabi şöbə tələbələri üçün dərs vəsaiti (2002)); “Psixologiyanın tədrisi metodikası” (dərs vəsaiti) (2015); “Abbasqulu Ağa Bakixanovun əsərlərində tərbiyənin psixoloji məsələləri”nə həsr edilmiş monoqrafiya (2017); 4 metodik vəsait; Psixologiyanın müxtəlif sahələrinə aid 23 tədris proqramı və 75-dən artıq elmi məqaləsi nəşr olunmuşdur.

Hazırda Pedaqoji psxiologiya istiqamətində tədqiqatlar aparır.