Dosent Ələkbərov Tahir Turar oğlu

Ələkbərov Tahir dosent

Ələkbərov Tahır Turar oğlu 1959-cu ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Daşkörpü kəndində müəllim ailəsində anadan olmuşdur.

1979-1980-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutun hazırlıq şöbəsinə qəbul olub,1980-1984-cu illərdə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəliyyətinə 1984-1987-ci illərdə Gəncə şəhər 2 saylı tam orta məktəbində müəllim işləməklə başlamışdır.

1986-cı ildə AETPİ-nin dissertant olmuşdu. 1992-ci ildə “Ali pedaqoji məktəblərdə tələbələrin peşə hazırlığının təkmilləşdirilməsinin səmərəli yolları” mövzusunda dissertasiya işini müdafiyə edib pedaqoji elmlər namizədi alimlik dərəcəsi almişdir.1996-ci ildə AAK tərəfindən dosentlik elmi adı verilmişdir.

1987-ci ildən GDU  müəllim, baş müəllim, dosent olmaqla, 2002-2006-cı illərdə Pedaqogika və psixologiya fakültəsində dekanı, 2011-2013-cü illərdə Psixologiya kafedrasinin müdiri vəzifəsində işləmişdir.Hazırda kafedranın dosentidir.

1996-cı ildən YAP üzvüdü. 2001-2011-ci illərdə YAP Gəncə Dövlət Universiteti üzrə ərazi ilk partiya təşkilatının sədri, 2008-2016 il kimi 38 saylı Nizami II (Gəncə) secki dairəsində komissiya üzvü ,2016 ildən isə 38 saylı Nizami II (Gəncə) secki dairəsində komissiyasının sədridir.

İndiyə kimi  60-dan artıq elmi məqalə, metodik tövsiyə, metodik vəsait, və proqramların (bakalavr və magistr pilləsi üçün) müəllifidir.

Hazırda Pedaqoji psxiologiya istiqamətində tədqiqatlar aparır.