Dosent Cavadova Zümrüd Soltan qızı

Cavadova Zümrüd  dosent Kafedra müdiri

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Cavadova (Şirinova) Zümrüd Soltan qızı

1951-ci ildə Azərbaycan Respublikasının Fizuli rayonunun Qaradağlı kəndində ziyalı ailəsində anadan olmuş və həmin kənddə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Pedaqoji Universitetini (V.İ.Lenin adına APİ)  bitirmişdir.

1983-cü ildən GDU-nun Psixologiya kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.

40-a yaxın elmi məqalənin, o cümlədən monoqrafiya, dərs vəsaiti, fənn proqramları və metodik tövsiyələrin müəllifidir.

Əsas tədqiqat işi “Nizami Gəncəvinin psixoloji  görüşləri” istiqamətindədir.

Hal-hazırda Gəncə Dövlət Universitetinin psixologiya kafedrasında kafedra müdiri vəzifəsində çalışaraq elmi-pedaqoji fəaliyyətini davam etdirir.