Kərimova Hürü Qüdrət qızı

Huru Karimova

1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1989-ci ildə Gəncə şəhəri Ə.Cavad adına 2 saylı orta məktəbin 1-ci sinfinə qəbul olunmuşdur. 1999-cu ildə məktəbi bitirib həmin ildə AMİ-nin Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsinə daxil olmuşdur. 2003-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib, İbtidai sinif müəllimliyi üzrə bakalvr diplomu almışdır. 2003-cü ilin müsabiqəsində iştirak edərək GDU-nun “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə magistratura şöbəsinə əyani daxil olmuş, 2005-ci ildə də magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

 

15.02.2006-cı il tarixdən 08.10.2015-ci tarixə kimi GDU-nun Ümumi pedaqogika kafedrasında əvvəl laborant, sonra isə baş laborant vəzifələrində çalışmışdır. 08.10.2015-ci ildən etibarən kafedrada 0,5 ştat vahidi müəllim  vəzifəsində çalışır.

2015-ci ildə Gəncə Dövlət Universitetinin  ümumi pedaqogika kafedrasının 5804.01 “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasının Fəlsəfə Doktoru Proqramı üzrə  dissertanturaya  qəbul  olunmuşdur və aşagıdakı elmi məqalələri çap olunmuşdur:

  1. “Müasir şəraitdə vətəndaşlıq tərbiyəsinin mahiyyəti və vəzifələri” // Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları Bakı, 5-6.12. 2014.
  1. “Müasir təlim prosesinin optimallaşdırılması imkanları” // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. № 4, Bakı,  2015, s. 212-214.
  2. “Ailə tərbiyəsinin sosial-pedaqoji və psixoloji problemləri” // Gəncə Dölət Universiteti. Elmi xəbərlər. № 1, Gəncə, 2016.
  3. “Təlimin qanun və qanunauyğunluqlarının nəzərə alınmasının pedaqoji prosesin keyfiyyətinə təsiri”.