Nağıyeva Lamiə Nizami qızı

?

Lamiə Nizami qızı Nağıyeva 30 oktyabr 1975-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1981-ci ildə Gəncə şəhər, M.Ə.Sabir adına 5 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1992-ci ildə əla qiymətlərlə bu məktəbi bitirmişdir. 1993-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsinə daxil olmuş, 1997-ci ildə fərqlənmə diplomu ilə həmin institutu bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir.

Elə həmin il oktyabr ayının 1-dən 2009-cu il dekabr ayının 18-nə kimi  Gəncə şəhəri 17 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Bununla yanaşı, 1997-ci ildə  Gəncə Dövlət Pedaqoji İnstitutunda Pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturaya daxil olmüş, 1999-cu ildə fərqlənmə diplomu ilə tam ali təhsil alaraq buranı bitirmişdir. 1999-cu ildən Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2006-cı ildən Ümumi pedaqogika kafedrasının baş müəllimidir. Müəllimlik fəaliyyəti dövründə “İbtidai sinif şagirdlərinin estetik tərbiyəsi”, “B.Vahabzadənin tərbiyəvi fikirləri və ümümtəhsil məktəblərində onlardan istifadə işinin sistemi” və “Müasir ailələrdə erkən dövrlərdə yaranan psixopedaqoji problemlər və onların aradan qaldırılması” mövzuları üzrə elmi-tədqiqat işləri yazmışdır.

Lamiə Nizami qızı Nağıyevanın elmi-pedaqoji fəaliyyəti dövründə 2 beynəlxalq elmi simpoziumda, 10 respublika (bunlardan 4-ü Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Doktorantların və gənc tədqiqatçıların XVI, XVII, XVIII, XIX Respublika elmi konfranslarıdır) və 8 beynəlxalq elmi-praktik konfransda məruzə və çıxışlar etmiş, tezisləri dərc olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyənləşdirdiyi elmi jurnallarda 10, xarici ölkənin nüfuzlu elmi nəşrində isə 5 elmi məqaləsi çap olunmuşdur. Ümumilikdə 35 elmi məqalə, məruzə və tezislərin müəllifidir.

Lamiə Nizami qızı Nağıyeva 2008-ci il noyabr ayından Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasına dissertant qəbul olmuşdur. Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun elmi rəhbərliyi altında “XX əsrin əvvəllərində Azərbaycan maarifpərvərlərinin təhsilin demokratikləşdirilməsi uğrunda mübarizəsi” mövzusunda pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini yazıb yekunlaşdırmış, 2015-ci il sentyabr ayının 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən FD 02.061 Dissertasiya şurasının iclasında uğurla müdafiə etmişdir.

Lamiə Nizami qızı Nağıyeva elmi-metodik istiqamətdə də bir çox işlər görmüşdür. Belə ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrləri ilə təsdiq olunaraq qrif alan 6 fənn proqramının müəllifidir. Həmin fənn proqramları aşağıdakılardır:

  1. Məktəbin idarə olunması (Məktəbşünaslıq) Universitetlərin müəllim hazırlığı ixtisasları üzrə bakalavr təhsil pilləsi üçün fənn proqramı. “Mütərcim”, Bakı, 2012
  2. Universitetlərin müəllim hazırlığı ixtisasları üzrə bakalavr təhsil pilləsi üçün fənn proqramı. “Mütərcim”, Bakı, 2012
  3. İnklüziv təhsil. Universitetlərin müəllim hazırlığı ixtisasları üzrə bakalavr təhsil pilləsi üçün fənn proqramı. “Mütərcim”, Bakı, 2014
  4. Təhsildə sosial iş. Universitetlərin sosial işçi hazırlığı ixtisasları üzrə bakalavr təhsil pilləsi üçün fənn proqramı. “Mütərcim”, Bakı, 2014
  5. Sosial və pedaqoji antropologiya. Universitetlərin sosial pedaqogika hazırlığını ixtisası üzrə magistr pilləsi üçün fənn proqramı. “Mütərcim”, Bakı, 2015
  6. Sosial-pedaqoji fəaliyyətin monitorinqi və diaqnostikası. Universitetlərin sosial pedaqogika hazırlığını ixtisası üzrə magistr pilləsi üçün fənn proqramı. “Mütərcim”, Bakı, 2015

Lamiə Nizami qızı Nağıyeva 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda Ali məktəb müəllimlərinin 3 aylıq İxtisasartırma Təhsilini başa vuraraq sertifikat almışdır.

Həmçinin 2014-cü il may ayının 4-6 –da Xəzər Universitetində ESFİDİP TEMPUS layihəsi çərçivəsində “Əllilərin təhsili” ilə bağlı layihənin işçi heyətinin üzvüdür. Bu layihə çərçivəsində 08-12 sentyabr, 2014—cü il tarixində Avstryanın Qraz şəhərində təlimdə olmuşdur.

Bundan başqa, Lamiə Nizami qızı Nağıyeva müntəzəm olaraq öz üzərimdə təkmilləşməyə çalışır. Bu məqsədlə, 23-28 noyabr 2015-ci il tarixində Global Career İnstitutunun İstanbul Gelişim Universiteti və İstanbul Yeni Yüzyıl Universiteti ilə birlikdə təşkil etdiyi “Kurikulum ve İKT-nin təhsildə tətbiqi” mövzusunda 12 akademik saatdan ibarət təhsil kursunu uğurla başa vurub beynəlxalq sertifikat almışdır.

Həmçinin  Global Career İnstitutunun 27 mart 2016-cı il tarixində Gəncə şəhərində təşkil etdiyi “Təhsildə karyera planlama” mövzusunda proqramda uğurla iştirak edərək beynəlxalq sertifikat almışdır.

Lamiə Nizami qızı Nağıyeva həmçinin tələbələrin çox sevdiyi müəllimlərdən biridir. O daim apardığı mühazirə və seminar məşğələlərini son dövrün ədəbiyyatlarından istifadə edərək təşkil edir. Pedaqoji kadrların hazırlığında əlindən gələni əsirgəmir.

Həmçinin o, Kəpəz televiziyasının gənc nəslin təlim-tərbiyəsi mövzusunda təqdim etdiyi bir neçə verlişdə qonaq qismində iştirak etmiş jurnalistləri və tamaşaçıları maraqlandıran sualları ətraflı cavablandırmışdır.

Ailəlidir. İki övladı var.