Məmmədova Günel Ramiz qızı

Gunel Mammadova

Mən Məmmədova Günel Ramiz qızı 1981-ci il iyun ayının 11-də Gəncə şəhərində anadan olmuşam.  1998-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. Elə həmin ildə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul olmuşam. 2002-ci ildə həmin ixtisasın bakalavr pilləsini bitirmişəm. 2004-cü ildə Pedaqogika nəzəriyyəsi və tarixi üzrə magistr dərəcəsi almışam. 2005-ci ildə Gəncə Dövlət Universitetinin Ümumi Pedaqogika kafedrasına müəllim vəzifəsinə təyin olunmuşam.

 

2012-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası qərarı ilə Pedaqogika üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışam. Hal-hazırda Gəncə Dövlət Universitetinin Ümumi Pedaqogika kafedrasında baş müəllim vəzifəsində çalışıram.

Bir neçə elmi məqalələrin müəllifiyəm.

  1. “Məktəbdənkənar tərbiyə müəssisələrində peşəyönümü işlərin təşkili xüsusiyyətləri” Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. Bakı, 2011, №(məqalə)
  2. “XXəsrdə Azərbaycanda pedaqoji nəzəriyyənin inkişaf xüsusiyyətləri” GDU-nun elmi əsərləri. Fundamental, humanitar və təbiət elmləri seriyası. Gəncə,2011, №3 (məqalə)
  3. “Şagirdlərin Azərbaycan dölətçiliyində sədaqət ruhunda tərbiyə olunması”. Bakı, ADPU-nun nəşri, 2011.(monoqrafiya)
  4. “Şagirdlərin pedaqoji peşəyönümündə məktəblə ailənin birgə fəaliyyəti”. “Təhsil sistemində gənc nəslin təlim-tərbiyə üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 28 iyun 2012-ci il.(tezis)
  5. “Pedaqoji prosesdə şagird fəaliyyətinin qiymətləndirilməsi”. GDU-nun elmi əsərləri. Fundamental, humanitar və təbiət elmləri seriyası. Gəncə,2012, № (məqalə)
  6. “Psixopedaqogika (universitetlərin müəllim hazirliğı ixtisasları üzrə bakalavr təhsil pilləsi üçün).Bakı, Mütərcim, 2012. (fənn proqramı)
  7. “Yeni təlim texnologiyaları haqqinda mülahizələr”. “Ümumi orta təhsilin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın materialları. Naxçıvan, 24 noyabr 2012. Bakı, Mütərcim, 2012.(tezis)
  8. Проблемы нравственное воспитание учащихся на уроках русского языка. “Müasir təhsilin aktual problemləri” mövzusunda respublika elmi-praktiki konfransın materialları. Bakı, 6may2013. Az. TPİ-nin elmi əsərləri (xüsusi buraxılış). Bakı, 2013, №3. (tezis)
  9. Характеристические особенности реализация нравственное воспитание учащихся на уроках. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə. Bakı, 2013, №2. (məqalə).
  10. Şagirdlərdə özünənəzarət fəaliyyətinin stimullaşdırılması. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialı, Bakı-2014. (metodik tövsiyə).
  11. Azərbaycanda milli vətəpərvərlik probleminin formalaşması.(XIX əsrin sonu-XX əsrin əvvəlləri). Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, 4/2015.
  12. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. (fənn proqramı) 2015.
  13. Ümumi pedaqogika. (fənn proqramı) 2015.

Ailəliyəm. 3 övladim var.