HACIYEVA KƏMALƏ HƏBIB QIZI

Kamala Haciyeva 

  1. HƏYATI:

01.10.1941 – ci  ildə  Gəncə  şəhərində  qulluqçu  ailəsində  anadan olmuşam.

Ailədə səkkiz nəfər olmuşuq. Atam ali savadlı – alim idi, kənd təsərrüfatı institutunda anatomiya kafedrasında işləyib – Baytar həkimi idi. Anam evdar qadın idi. 1969 – cu  ildə  1  saylı  orta  əktəbi bitirib, həmin  ildə də yüksək qiymətlərlə

  1. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun – Biologiya və kənd təsərüfatının əsasları fakültəsinin rus bölməsinə daxil olmuşam. 1965 – ci ildə həmin institutu bitirmişəm və öz məktəbimdə işə dəvət olunmuşam. 1971 – ci ildən GDU – nun Ümumi pedaqogika kafedrasında işləyirəm.

Ailəliyəm 1 qızım var. Qızımda ailəlidir iki övladı var ali təhsillidir.

1999 – cu ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.

  1. TƏHSİLİ:
  2. İŞ TƏCRÜBƏSİ: 45 ildir.
    • ELMİ FƏALİYYƏTİ:

Elmi yaradıcılığımı davam etdirmək, pedaqoji prosesin səmərəli təşkilində iştirak etmək və bilavasitə tədris işinin təkmilləşməsində fəaliyyət göstərmək məqsədilə 13.00.00 “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə elmi axtarışlarımı davam etdirmiş. Hal – hazırda Ümumi pedaqogika kafedrasının dosenti kimi fəaliyyət göstərirəm.

 

         PEDAQOJİ FƏALİYYƏTİ:

1966- ci ildə Gəncə şəhər 1 № li məktəbdə müəllim kimi fəaliyyətə başlamışam.

1971 – ci ildən H. Zərdabi adına GDPİ. Pedaqogika kafedrasına 1 ştat müəllimlik fəaliyyətimi davam etdirmişəm.

1979 – cu ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışam.

1991- ci ildə dosent vəzifəsini tutmuş və indiyədək fəaliyyətimi davam etdirirəm.

1998 – ci ildə “Pedaqogika – psixologiya” fakültəsində tədris işləri üzrə dekan müavini.

2008 – ci ildə isə “Pedaqoji” fakültəsində dekan müavini işləmişəm.

 

  • ƏDƏBİ BƏDİİ YARADICILIĞI

 

  1. ELMİ FƏALİYYƏTDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR:

Pedaqogika elminin müasir innovasiyalarını tələbələrə öyrətmək və interaktiv təlimlə onları silahlandırmaq.

 

 

4.1. Ən mühüm elmi nəticələrim məzmunu, çap olunduğu jurnal, tətbiqi, elmi və ictimai faydalılığı:

Müdafiədən sonra bir sıra elmi məqalə, 3 kitab, 1 tövsiyə  işləyib hazırlamışam.

 

 

  1. К вопросу о содержании понятия ответственности. Ali və orta ixtisas Təhsil Nazirliyi.Elmi əsərlər. Pe­daqogika, psi­­xologiya və fənlərin tədrisi metodi­kası. № 5. Bakı,1974
  2. Şagirdlərin kommunist tərbiyəsində mühüm vasitə. Azərbaycan dili və ədəbiyyat tədrisi. “Azər­­baycan məktəbi” jurnalına əlavə. № 1. Bakı,1986
  3. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi (xro­nologiya). Gəncə,1998
  4. Pedaqoji terminlərin izahlı lüğəti (Birinci hissə). Gəncə,1998
  5. Azərbaycan ailə etikası. Gəncə, 2001
  6. Qadının ailədə mövqeyi. ACİ- YFA. Azərbay­can Respublikası Silahlı Qüv­vələrinin Ehtiyatda olan Zabitləri Konfe­de­ra­siyası Gən­cə şöbəsi. Gəncə regio­nunda gender problemi. Gəncə, 2004
  7. Gənc qızların və gənc anaların gendər problemləri. ACİ-YF. “Vətəndaş Cə­miy­yəti Quruculiğu tə­şəbüs­lərinə dəstək” proq­ramı. “Həddi – biliğa çatmış gənc qız­lara və gənc ana­lara hüquqi və psixoloji yar­dım”. Semi­nar- konfransının mate­rial­ları. Gəncə, 2002
  8. Təlim Prosesini fəallaş­dırmaq problemi: tarix və müasirlik arasında para­lellər. ARTPİ.Elmi əsərlər. № 3, Bakı, 2008
  9. Təlimdə əyanilikdən istifadə. GDU.Pedaqogika və psi­xologiyanın müasir prob­lemləri. İnteraktiv təlim metodları və on­ların tətbi­qi. Bey­nəl­­xalq konfrans mate­rial­ları. Gəncə, 2010
  10. Как научиться правильно оценивать? GDU. Elmi Xəbərlər. Gəncə, 2011, № 1
  11. Kiçik məktəbyaşlı şagird­lərin hərtərəfli inkişafında təlim- tərbiyə işində milli xüsusiyyətləri nəzərə alma­ğın zəruriliyi. GDU. Elmi Xəbərlər. Gəncə, 2012, № 1

 

Kafedrada planlaşdırılmiş 5 illik tədqiqat işi planını başa çatdırmışam. Hazırda 2011-13 – cü illər üçün elmi – tədqiqat işlərinin – 3 illik plana əsasən təsdiqlənmiş mövzusu üzrə tədqiqat işini davam etdirirəm.

 

 

 

 

 

  1. BEYNƏLXALQ ELMI KONFRANSLARDA SIMPOZIUM VƏ QURULTAYLARDA IŞTIRAKÇILIQ.

GDU- da keçirilən Pedaqogika və psixologiyanın müasir problemləri interaktiv təlim metodları və onların tətbiqi Beynəlxalq konfransda iştirak etmişəm. Konfrans 2010 – cü ildə keçirilmişdir. Konfransda “Təlimdə əyanilikdə istifadə” adlı məruzəm kitabın 162 – ci səhifəsində öz əksini tapmışdır.

 

  1. İCTİMAİ – SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ:

Şəhərdə və  respublikada keçirilən əksər elmi – praktik konfranslarda, Gəncə regionunda gender problemi, “Həddi – buluğa çatmış gənc qızlara və gənc analara hüquqi və psixoloji yardım” seminar – konfransında iştirak etmişəm.