Dosent MƏMMƏDOVA TAMİLLA ƏLİ QIZI

Tamilla Mammadova

02 noyabr  1947 – ci il

1955 – ci il –  1966 – cı il M.Ə.Sabir adına 5 saylı orta məkətbdə təhsil almışdır.

1966 –  1970 – ci illərdə indiki GDU – nin Riyaziyyat fakultəsində təhsil almişdır. 1980 – ci ildən Gəncə Dövlət Universitetində çalışır. Hal – hazırda Pedaqogika və təhsilin əsasları kafedrasının dosentidir.

Ailəlidir, iki övladı var.

Xeyli sayda müxtəlif mövzular üzrə tezislər, məqalələr və metodiki vəsaitlər üzərində işləyərək Respublika səviyyəli jurnallarda, respublikamızın və Gəncə şəhərinin müxtəlif universitetlərinin xülasə və jurnallarında çap etdirmişdir (qriflə).          

Onlardan:

  1. “İbtidai siniflərdə riyaziyyat dərslərində alqoritm mədəniyyətinin formalaşdırılması” N.Tusi adına ADPU – nun mətbəsi, Bakı, 1999, 3 ç.v
  2. “İbtidai siniflərdə həndəsə elementlərinin tədrisinə dair”. ADPU – nun mətbəsi, Bakı, 2001, 1,5 ç. v.
  3. “Şagirdlərin idrak fəaliyyətinin inkişafında riyazi anlayışların rolu”. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı, Bakı, 1990, № 3 – 4, 4 səh.
  4. “İbtidai sinif riyaziyyat kursunda şagirdlərə sadə alqoritmik anlayışların verilməsi” H.Zərdabi adına GDPİ – nin “Elmin müxtəlif sahələrinə aid seçilmiş problemlər adlı elmi əsərlər” məcmuəsi. Gəncə, 1995, 2 səh.
  5. Riyaziyyat dərslərində şagirdlərin alqoritmik mədəniyyətinin inkişaf etdirilməsinə dair” N.Tusi adına ADPU – i “Pedaqoji, psixoloji elmlər seriyası məcmuəsi”. Bakı, 1997, № 1, 5 səh.
  6. “Təsərrüfat göstəricilərinin enerji sərfinə görə təhlili” Azərbaycan aqrar elmi adlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elmi – nəzəri jurnalı, Bakı, № 5 – 6, 1 səh.
  7. “Şagirdlərin vaxt və onun ölçülməsi ilə tanış edilmələri”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı, Bakı, 2000, № 4, 3 səh.
  8. “Ədəd anlayışı və kəmiyyətlər məktəb tədrisində”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı, Bakı, 2001, № 2, 3 səh.
  9. “Həndəsi elementlərin öyrədilməsində sadə qurma məsələlərindən istifadə”, “Məktəbəqədər və ibtidai təhsil” yurnalı, Bakı, 2009, № 2, 4 səh.
  10. “İbtidai siniflərdə cədvəl tərtib etməklə mətnli məsələ həllinin optimallaşdırılması”. Gəncə Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalı, № 3, Gəncə, 2011, 4 səh. və s.

2007 –ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi – pedaqoji fəaliyyətinə görə 8 mart Qadınlar günü münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən “Fəxri Fərman”la mükafatlandırılmışdır.