20170310_112334

Təcrübəçi tələbənin keçdiyi seminar təlimi.

10.03.2017-ci il tarixdə Pedaqoji fakültənin TSPX ixtisasının IV kurs tələbəsi Məmmədzadə İlkin  M.Füzuli adına 22 nömrəli orta məktəbin IX sinfində “Şüur və şüuraltı təsir” mövzusunda seminar keçmişdir. Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. seminarda həmçinin təçrübə rəhbəri  b/m. Leyla Həsənova, b/m. Pərvanə Məmmədova və tıcrübəçi tələbələr iştirak etmişlər.

Davamı

DSC_7521-700x500

Təbriklər!

06 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində “8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə  tədbir keçirildi. Tədbiri giriş sözü ilə Humanitar məsəslələr üzrə prorektor, dosent Gülsüm Fətəliyeva açaraq, Azərbaycan qadınının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutduğunu, Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın […]

Davamı

17191145_763570347128085_2650780332410120464_n

Gəncədə “Müasir Azərbaycan qadını” layihəsinin bağlanış mərasimi olub.

Bağlanış mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, “Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova, Milli Məclis Deputatları Jalə Əliyeva və Pərvin Kərimzadə, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, GDU-nun psixologiya kafedrasının müdiri Zümrüd Cavadova çıxış etmişlər. “Loqos”un psixoloqu Tacirə Mehdisoy müasir Azərbaycan qadının ictimai həyatdakı […]

Davamı

15126047_292609597799680_1876436493_o-300x225

Açıq dərs- b/m. Alvina Babayeva

28.02.2017-cı il tarixdə Pedaqoji fakültənin Məktəbəqədər təlim -tərbiyə ixtisasının II kursunda Psixologiya kafedrasının baş müəllimi Alvina Babayevanın “Ünsiyyət psixologiyası” fənnindən “Ünsiyyət və fəaliyyətin vəhdəti. Ünsiyyət informasiya mübadiləsi kimi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekan müavini b/m. İlqar Haqverdiyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos.Elçin Cavadov , kafedranın müdiri, dos. Zümrüd Cavadova, b/m. Səbinə Şahverdiyeva, müəl. Arifə İsgəndərova və kafedranın əməkdaşları […]

Davamı

16903156_2043674455859942_3496900133134585828_o

ORTA MƏKTƏBLƏ BİRGƏ ELMİ-PRAKTİK KONFRANS

Gəncə Dövlət Universitetinin Təhsilin Pedaqogikası və metodikası kafedrasının təşəbbüsü ilə Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəb ilə bağlanmış əməkdaşlıq müqaviləsinin fəliyyət planına uyğun olaraq həmin məktəbdə  “Təlimin keyfiyyətli təşkilində dərketmə üsullarının tədbiqi” mövzusunda elmi-praktik  konfrans keçirilmişdir. Ciddi maraq yaratmış elmi-praktik  konfransda Təhsilin Pedaqogikası və metodikası kafedrasının müdiri dosent Allahverdi Quliyev “Təlimin keyfiyyətinin […]

Davamı

IMG-20170224-WA0003

“Bir ocağın alovları” Xocalı faciəsi-25 il

23.02.2017 -ci il tarixdə GDU.nun Pedaqoji fakültəsində “Xocalı faciəsi” ilə əlaqədar fakültə Tələbə Gənclər Təşkilatının dəstəyi ilə geniş tədbir keçirilmişdir. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva iştirak etmişdir. Tədbiri başlamazdan əvvəl fakültənin qrupları arasında keçirilən “Xocalı faciəsi gəncləri gözü ilə” adlı divar qəzətlərinə baxış keçirilmiş və ən yaxşı əl işi müəyyənləşdirilmişdir. Tədbiri giriş […]

Davamı

DSC_6015-700x500

HƏMKARLAR İTTİFAQI MÜKAFATLANDIRDI

Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda heyət üzvləri  universitetin tədris və ictimai həyatında səmərəli fəaliyyət göstərmiş  Psixologiya kafedrasının dosenti Zülalə Aslanovanı 70 illik yubileyi münasibəti ilə təbrik etdilər. Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə, Kadrlar şöbəsinin müdiri Gülçöhrə Tağıyeva, Rus dili kafedrasının müdiri, dosent Kəmalə Əhmədova və  Ekologiya […]

Davamı

16684839_1179103755541036_628429694_n

Elmi şura

10.02.2017-ci il tarixində fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda fakültə dekanı dos. B.Apoyev “2016/2017-ci tədris ilinin payız imtahan sessiyasının yekunu ve qarşıda duran vəzifələr” barədə məruze ilə çıxış etmiş, imtahanların gedişi ve nəticəlıri barədə geniş məlumat vermişdir. Məruzə ətrafında çıxış ədən prof. Ş.Tağıyev, dos. A.Quliyev,dos. Z.Bayramova, dos.əvəzi İ.Ağayev ve başqaları fakültə üzre payız imtahan […]

Davamı

IMG-20170112-WA0000

Fakültə əməkdaşının böyük uğuru

27-28 Dekabr 2016-cı ildə Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabi şəhərində III Beynəlxalq Elmi-Praktik konfrans keçirilmişdir. Həmin konfransa Psixologiya kafedrasının baş müəllimi Alvina Babayevanın “Kiçik məktəblilərin şəxsiyyətinin formalaşmasına sosial-pedaqoji amillərin təsiri” mövzusunda göndərdiyi məruzə bəyənilmiş və xüsusi “Diplom”a layiq görülmüşdür. Konfrans materiallarında həmin məruzənin tezisləri dərc olunmuşdur.

Davamı

15726255_1688233268134482_7325233334506743254_n

Pedaqoji fakültənin dekanı, dos. B. Apoyevin kitabının təqdimatı keçirilmişdir.

Gəncə Dövlət Universiteti YAP Gənclər Birlyinin təşkiltçılığı ilə pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyevin “Öz gülüm-gül ömrüm…” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, ali təhsil müəssisəsinin mətbu orqanı “Yüksəliş” qəzetinin redaktoru, yazıçı Qərib Mehdi, universitetin müəllim və tələbələri iştirak ediblər. […]

Davamı